1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannaməsi qəbul olundu . Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi günü kimi qeyd edilir.
Müstəqillik günümüz mübarək!