Ərazisi 826 km2 ,əhalisinin sayı 33800 nəfər olan Qubadlı rayonu 1993-cü il 31 avqustda erməni işğalçıları tərəfindən işğal edilmişdir.232 şəhid verən bu rayonda “205-mədəni-məişət obyekti”,”94-qəsəbə və kənd”,”12-tarixi abidə” vardı.
1933-cü ildə təşkil olunmuş Qubadlı rayonu 1963-cü ildə ləğv edilərək,Zəngilan rayonu ilə birləşdirilmiş,lakin 1964-cü ildə yenidən müstəqil olmuşdur.
Rayonun mərkəzi Bərgüşad çayının hər 2 sahilində yerləşən Qubadlı şəhəridir.Şəhərin əhalisi 5604 nəfərdir.
Qubadlı rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.33629 hektar kənd təsərrüfatına yararlı torpağın 13958 hektar sahəsində əkinçiliklə məşğul olunur,1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.114 hektar sahəni bağlar,468 hektar sahəni üzümlüklər təşkil edirdi.Tut bağlarının ümumi sahəsi 268 hektar idi.Rayonun 32275 hektar sahəsi yol,tikinti və s. altında qalan torpaqlar idi.13.2 min hektar təbii meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdır.
Azərbaycanın gözəl görünüşə,əhəmiyyətli torpaqlara malik olan bu rayonunun-Qubadlının işğalından 18 il keçib.