Qadin.NET / Dilbər guşəmiz Şəki şəhəri

Dilbər guşəmiz Şəki şəhəri

Dilbər guşəmiz Şəki şəhəri

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. O, Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Bakı şəhəri ilə arasındakı məsafə 370 km-dir. ərazisi- 2.43 min km 2 əhalisi isə 169 min nəfərdir.

Şəki şəhəri təmiz, səfalı havası, rəngarəng mənzərələri, yumoristik insanları və şirin ləhcəsi ilə fərqlənir. Bildiyimiz kimi, ilk xanlıq da Şəkidə yaranıb.  Xanlığın əsası Hacı Çələbi xan tərəfindən 1743-cü ildə qoyulmuş və 1806-cı ildə Çar Rusiyası işğal edənə qədər mövcud olmuşdur. Xanlıq dövründə Şəkidə tərəqqi yüksək həddə çatmışdır. Belə ki, bir sıra tarixi abidələr məhz xanlıq dövründə inşa edilmişdir. Şəki Qalası, Xan Sarayı. Şəki qalası Hacı Çələbi xanın göstərişi ilə inşa edilmişdir. Şəki qalası böyük bir ərazini əhatə edir.
Dilbər guşəmiz Şəki şəhəri

Bu abidələrdən digəri və ən məşhuru, nadir incilərimizdən biri olan “Xan Sarayı”dır. Bu abidə 1763-cü ildə Hacı Çələbi xanın nəvəsi Hüseyin xan tərəfindən inşa edilmişdir.  Abidə öz unikal görünüşü ilə fərqlənir.

Dilbər guşəmiz Şəki şəhəri

Bundan başqa, Şəkidə XVIII əsrə aid-Aşağı və Yuxarı Karvansaray, Axundov muzeyi, Şəkinin Kiş kəndinin qərb sahilində yerləşən “Gələrsən-Görərsən” qalası, həmçinin Kiş kəndində yerləşən “Alban kilsəsi” ni Şəkinin tarixi abidələrinə misal göstərmək olar. 


  Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşdiyindən burada ipək istehsalı əsas sahələrdən biri olmuşdur. Hal-hazırda fəaliyyət göstərən Şəki İpək Kombinatı buna bariz nümunədir.

Şəki şəhəri əlverişli coğrafi mövqeyə, zəngin tarixi abidələrə malik şəhər olduğundan həmişə turistlərin böyük marağına səbəb olmuşdur. Elə bu səbəbdəndir ki, Şəkidə turizm obyektləri, otellər və s. fəaliyyətlərini günü-gündən artırır. Xan Yaylağı, Marxal, Soyuqbulaq istirahət zonaları, Mustafabəyin bağı və s. istirahət mərkəzləri yüksək turist axınına malikdir. Şəki özünəxas mətbəxi ilə digər regionlardan fərqlənir. Belə ki, Şəki halvası, Şəki pitisi bütün dünyada məşhurdur.

Dilbər guşəmiz Şəki şəhəri
Şəki tarixi şəxsiyyətlər yurdudur. Məşhur filosof, yazıçı və maarifçi Mirzə Fətəli Axundov, görkəmli yazıçı, dramaturq Sabit Rəhman, dünyaca məşhur şairimiz Bəxtiyar Vahabzadə, yüksək yumor qabiliyyətinə malik aktyorumuz Lütvəli Abdullayev, Şərqdə ilk opera yazan xanım bəstəkarımız Şəfiqə Axundova, rejissor Rasim Ocaqov və adını çəkmədiyim bir sıra görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir.


Dilbər guşəmiz Şəki şəhəri
 
Dilbər guşəmiz Şəki şəhəri

Dilbər guşəmiz Şəki şəhəri 
Şəki şəhərində 1 Ali məktəb, 4 Texnikum 1 Elmi Mərkəz, Sabit Rəhman adına dövlət Dram Teatrı, Məscidlər ,Səhiyyə ocaqları və digər obyektlər fəaliyyət göstərir.
3 avqust 2011
GO BACK