Qadin.NET / Quba rayonu

Quba rayonu

 

  Quba rayonu
 

 

Tərkibi – 1 şəhər, 2 qəsəbə 155 kənd
Ərazisi – 2.58 min kv.km
Əhalisi – 156,038 nəfər (01.01.2011)
Quba rayonu ilə Bakı şəhəri arasında olan məsafə – 168 km
Quba rayonunun telefon kodu – 169

 

Quba rayonu

Coğrafi mövqeyi

 

Quba rayonu Böyük Qafqazın şimal-şərqində əlverişli coğrafi mövqedə yerləşir. Rusiya Federasiyası ilə yaxınlıq, təbii sərvətləri rayonun inkişafına öz təsirini göstərmişdir. Rayon Şamaxı, İsmayıllı, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Qəbələ rayonları ilə sərhədlənir.

Azərbaycanın mədəni-maarif mərkəzlərindən biri olan qədim Quba torpağı öz təbii- coğrafi və füsünkər gözəlliyi ilə çox məşhurdur. Böyük Qafqaz sıra dağlarının şimal-şərq ətəklərində tutmuş Samur- Dəvəçi ovalığınadək bir ərazidə yerləşən bu gözəlliklər məskəninin mərkəzi olan Quba şəhəri dəniz səviyəsindən 616 metr yüksəklikdə qərar tutub. Rayon ərazisinin 56 min kvadrat kilometr ərazisini meşə səhələri tutur.

 

Quba rayonu


İqlimi

 

Quba rayonunun iqlimi sərt-mülayimdir. Qış mövsümü üzrə temperatur-20 dərəcə S-yə yaxın, yay mövzümündə isə + 35 dərəcə S-yə yaxın müşahidə olunur.


Quba rayonu

Mühüm hadisələrin tarixi 

 

1. 1930-cu ildə Quba rayonu yaradılıb.

2. 1970-ci illərdə Quba rayonunda kütləvi alma bağlarının salınmasına başlanılmışdır.

3. 1998-ci ildə ümummilli lider H.Əliyev Quba rayonunda olub.

4. 2005-ci ildə Qubanın ən ucqar kəndi olan Xınalıq kəndinə ilk dəfə yol çəkilib.

5. Prezident İlham Əliyev Quba rayonuna bir neçə dəfə səfər etmişdir. Səfər zamanı bir çox müəssisə və sosial obyektin açılışında iştirak etmişdir.

6. 2004-cu ildə rayonda 1918-ci soyqırım qurbanlarının kütləvi məzarlığı aşkar olunmuşdur.

 

Quba rayonu

Turizm

 

Təbii “Minarə” - rayon mərkəzi ilə 25 km-lik məsafədə yerləşir. Qudyalçayın sal qayanı deşib keçməsi nəticəsində yaranan bu təbiət möcüzəsinin uzunluğu 30-35 metrə, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır.

“Təngəaltı dərəsi” istirahət zonası rayon mərkəzindən təxminən 32 km-lik məsafədə Quba-Qonaqkənd yolunun üstündə Vəlvəlçayın yan silsiləni kəsib keçdiyi hissəsində, Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşir. Dərinliyi 400-600 metr olan bu dərə ağ, qara və çəhrayı mərmərdən ibarət nadir təbiət abidəsidir. Təngəaltı dərəsi Azərbaycanda bənzəri olmayan təbiət abidəsidir.

Xınalıq kəndi - “Dağlarda ada” adlanan Azərbaycanın ən hündür yaşayış məskəni, təbiət möcüzəsidir. Rayon mərkəzindən 65 km-lik məsafədə Qudyalçayın sol sahilində, dəniz səvviyəsindən 2500 metr hündürlükdə yerləşən, dağlarla üzük qası kimi əhatə olunan Böyük Qafqazın bu nadir güşəsində 380 evdə 3000 nəfərə yaxın əhali yaşayır və ayrıca bir dildə danışırlar.

 

11 iyun 2011
GO BACK