Azərbaycanin cənubunda ,Peştəsər sıra dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı təbiətinin gözəlliyi və rəngarəngliyi ilə insanı valeh edir.
YARDIMLININ ərazisi-906 km2 , əhalisi-48 000 nəfərdir.
Rayon ərazisinin böyük sahəsi meşələrlə örtülmüşdür.Bu yerlərin gözəl təbiəti , çayları , bulaqları və çox saylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir.Qışda burada torpaq başdan-başa qar örtüyü altında olur. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəsilləridir.
Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvanlar yaşayır. Masallı- Yardımlı avtomagistralının 25-ci km-də "ŞƏLALƏ" adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir.
Bu rayonda qədim xalq sənəti-xalçaçılıq adət ənənələri qorunub saxlanılmaqdadır. Rayonun inzibati mərkəzi - Yardımlı şəhərində daş döşənmiş küçələr, memarlıq ornamentləri ilə maraq doğuran binalar, tarixi muzeyi , kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.
Yay istirahətini heç bir əcnəbi ölkələrdə deyil məhz burada, bu gözəl təbiət guşəsində keçirməyinizi məsləhət görürük!