Əzizim, Qarabağ, əzizim, bir parçam, yarım qalmışam… Sənsiz qalmışam… Acım böyükdür, yaram sağalmazdır… RƏngli idin, indi olmusan ağ, qara, retro filmlərində olduğu kimi xatırlayır bəzisi, bəzisi isə heç görməmişdir səni, Qarabağlı ola-ola…
Nə biləydim axı… Səni məndən ayıracaqlar… Nə biləydim, muradıma yetişməyəcəyəm, həsrət qalacağam dünyada məşhur olan Qarabağ atlarına, qalalarıma… Doğma torpağımı yazılarımda, sözlərimdə, xəyallarımda yaşadacağam… Nə biləydim axı, qonşu dediklərim insan olmayacaq… Düşmən olacaq, nifrət edəcək sənə, mənə, özününkü etmək istəyəcək…
Nə biləydim axı… Bu qədər yalançı, bədbin, murdar xislətlidirlər, saxtakardırlar, onlara aid olmayan yeri-torpağımı özlərinki edəcəklər… Tarixi şüvənlik və saxtakarlıq, güclü diasporaları ilə səni bu qədər il ərzində tanınmaz hala salacaqlar…
Nə biləydim axı… Belə asan itirəcəyəm səni və bu qədər ili sənsiz yaşayacağam, həsrətində olduğum halda, həyatım davam edəcək, sənsiz ölməyəcəyəm…
Nə biləydim axı… Ulu babamın tikdiyi şəhərlər, basırldığı qəbir daşları yerlə yeksan olunacaq, dağıdılacaq, izlərimiz itəcəkdir…
Nə biləydim axı… Bu qədər gözün yoldadır, gözləyirsən bizi… Ehtiyacım var bizə…
Nə biləydim axı… Sənin adını da dəyişəcəklər sonradan gələn varvarlar…
Nə biləydim axı… Soyqırım olacaq, bu qədər iddialı nifrət olacaq bizə qarşı, sənə qarşı…
Qan axıtmaqla fəxr edəcəklər… Günahsızları öldürəcəklər, işgəncə verəcəklər sənə, övladlarına…
Nə biləydim axı, baxmayacaqlar hamilə qadındır, ahıldır, uşaqdır, körpədir, anadır… Kəsəcəklər başlarını, başqa yerlərini, axıdacaqlar onların qanını sənə…
Bunları səni itirməmişdən öncə və bu qədər ili “sülh” şəraitində yaşamağımız üçün gözlədiyimiz zaman bilsəydik, bəlkə də, susmazdıq, baxmazdıq başqalarına, dinləməzdik başqalarını… Qaytarardıq səni geriyə… Kaş biləydim qədrini, dəyərini öncədən… Gec olmamışkən… SƏnin də dəyərini itirəndən sonra anladıq!!!!
Fəxr edirəm indi xalqımla, çoxluqla, kim olmalarından, necə olmalarından asılı olmayaraq, hər kəsə sənə görə birləşdi, sənə görə yaşamağı öyrəndik, saldıq səni yadımıza, sən bizi Qara Bağınla həmrəy etdin…
Səbr et bir az da, ölmə, gəlirik, tezliklə, qovuşacağıq! Bu qədər səbr etmisən, dözmüsən, bilirəm, bağışla, gecikdiyimizə görə…
Əzizinəm, Qarabağ,
Qarabağda hala bax,
Ağlar qalma, millətim,
Hücum elə, önə bax!
Əzizinəm, Qarabağ,
Sağalmazdır Qara Bağ,
Rəngin indi ağ, qara,
Başqa rənglərdən uzaq…