2007-ci il fevralın 24-də STV kanalının (Saman yolu) səhər verilişində saat 8.50-də Azərbaycan tədqıqatçısı Elşən Nəcəfoğlu məlumat verdi ki, keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü divızıyasına daxil olan 366-cı alay haqqında sənədlər (Xocalı faciəsi ilə əlaqədar) Kreml sarayından ermənılər tərəfindən götürülmüşdır. Bir rəqəmi də vurğuladı ki, 63 nəfər şəhid olan uşaqdan əlavə, 36 şəhid olmuş uşaq yenidən tapılmışdır. Bu rəqəmlər getdikcə tədqiqat nəticəsində daha düzgün açıqlanacaqdır.
Məlumata görə, Xocalı ərazisində, daha dəqiq desək, Xanabadla Daşbulaq kəndləri arasında ilk səyyar “ölüm ocaqları” 1992-ci il fevralın 28-i saat 14.00-da salınıb. Birinci dəfə 46 meyit yandırılıb.
Ertəsi gündə 28 uşaq və hamilə qadının meyitlərindən ocaq qalanıb. 1988-ci ildən 1989-cu ilədək Çuvaşiyanın Çeboksarı şəhərində, Çapayev qəsəbəsində yaşayan və V.İ.Çapayev adına hərbi zavod dəftərxanasında çalışan, ixtisasca filoloq olan Akop Arakılov (bu zavod Dağlıq Qarabağ istiqamətində erməni hərbi terrorçu birləşmələrinə “Alazan” raketi satmaqla məşğul idi. Təkcə 1992-1993-cü illərdə bu zavoddan Xankəndinə 98 ədəd “Alazan” raketləri satılıb) 1998-ci ildə Parisdə dərc etdirdiyi “Qarabağ qeydləri…” kitabında yazır: “…Meyitləri yandırmaq haqqında təsəvvürüm yox idi. Mən zavodda işləyərkən, yanıma gələnlər danışırdılar ki, Xocalıda ölənlər üçün qəbiristanlıq deyilən ərazi yoxdur… Dəfn olunmuş adamları… gecə çaqqallar və itlər eşib çıxarırdılar.
Hərbi həkim Smbat Mirzoyanın tapşırığı ilə meyitlərin yığılıb yandırılıması qərara alındı… Mən “Alazan” üçün zavoda gələn zabitə sual verdim: “Bəs yaralılar? Bəs əsirlər?” Zabit Çebotaryan adlı ellim mənə anlatdı ki, yaralılar da öldürülmədən tonqallara atılır. Bundan sonra mən daha zavodda qala bilmədim… Erməniləri və Ermənistanı, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim…”.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə Hallar Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
maddə 2. Hər bir şəxs dilindən, … dinindən, … milliyyətindən və digər səbəbdən fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1948-ci ildə qəbul etmişdir) kobud qaydada ziddir.
Xocalı faciəsinə, misli görünməmiş genosidə bu gün biganə qalanlar sabah erməni faşizminin, erməni terrorizminin, erməni şovınizminin qara caynaqları arasında vaxtilə nəyinsə, kiminsə hesabına etiraf etmədikləri həqiqət üçün təəssüflənəcəklər və o vaxt bəlkə də çox gec olacaq.
İndi Xocalı sakinlərinin də, elə bütöv müstəqil Azərbaycanın da ümidlə baxdığı bir sərkərdə var. O da möhtərəm Prezidentimiz İlham Əliyevdir. Xocalıya qayıtmaq istəyənlər ondan imdad diləyirlər. Biz inanırıq ki, o günlər uzaqda deyil.
Dilqəm Quliyev Pedaqogika üzrə fəlsəfə doktoru