Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hacı Çələbi xan
(? - 1755)
Hacı Çələbi xanın dəqiq doğum tarixi məlum deyil. O, qədim Azərbaycan şəhəri Şəkidə zadəgan ailəsində anadan olmuşdur. Atası Qurban xan əslən orlat türk tayfasından imiş. Tarixi mənbələrə görə bu tayfanın başçıları XIV əsrin sonu-XV əsrdən başlayaraq Şəki feodal qurumunun hakimləri olmuşlar. XIV əsrin sonlarında Şəki hakimi Seyid Əli xan Əmir Teymura qarşı vuruşmuş, işğalçılara
14 il müqavimət göstərmiş Naxçıvanın Əlincə qalasının qəhrəman döyüşçülərinə gizli yollarla əsgər, ərzaq, silah göndərmişdir. Elə özü də Əlincə yaxınlığında döyüşdə həlak olmuşdur. Onun oğlu Seyid Əhməd xan o dövrkü Şirvan hökmdarı şirvanşah I İbrahimin müttəfiqi olmuş, onunla bərabər Teymurilərə, sonra isə Qaraqoyunlulara qarşı mübarizə aparmışdır. Sülalənin növbəti nümayəndəsi Dərviş Məhəmməd xan mərkəzləşmiş dövlət yaradan Səfəvi hökmdarı I Təhmasibə qarşı müharibə aparan Şirvanşahlara köməklik etmiş, sonralar isə özü də qızılbaşlarla vuruşmuş və döyüşdə həlak olmuşdur. XVI əsrin ortalarında Şəki feodal qurumu ləğv edilsə də, sülalənin nümayəndələri yerli hakim kimi nüfuzlarını saxlamışdılar.
Hacı Çələbi xanın uşaqlıq və gənclik illəri haqqında məlumat çox azdır. Məlumdur ki, silah işlətmək, qoşunlara başçılıq etməkdən başqa ona tarix, ədəbiyyat, digər elmlər barədə müfəssəl məlumat verilmişdi. Şəxsi mütaliəsi sayəsində biliklərini artıran Hacı Çələbi xan xalq arasında böyük hörmət qazanmışdı. XVIII əsrin 30-40-cı illəri bütün Azərbaycan, o cümlədən də onun ayrılmaz hissəsi olan Şəki üçün ağır keçmişdir. Belə ki, 20-ci illərdə xalq tərəfindən dəstəklənən və Azərbaycanı həm osmanlılardan, həm də ruslardan azad edən Nadir xan Əfşar Səfəvi dövlətini ləğv etdikdən sonra özünü şah elan etmiş və mənasız işğalçı müharibələr aparmağa başlamışdır. Ölkənin bütün var-dövləti bu müharibələrə sərf edilir, zəbt olunmuş ölkələrdən ələ keçirilən qənimətlər isə saray əyanlarına xərclənirdi. Xalq etiraz etməyə başlasa da, onların çıxışları amansızcasına yatırılırdı. Azərbaycanı idarə edən və qəddarlığı ilə seçilən Nadirin qardaşı İbrahim xan xalq üsyanlarının birində öldürüldükdən sonra isə Nadir üsyançılara divan tutur, onlara qarşı köçürmə siyasəti həyata keçirirdi.
Şəkini idarə etməyi Nadir şah Məlik Nəcəf adlı birisinə həvalə etmişdi. Bu şəxs əhalini talayır, var-dövlətini əlindən alırdı. Əlacsız qalan xalq Hacı Çələbiyə müraciət edib, ondan məsələni həll etməyi xahiş edir. Hacı Çələbi Məlik Nəcəflə danışsa da, bu bir nəticə vermir. Vəziyyətin kəskinləşdiyini və xalqın üsyana hazırlaşdığını görən Məlik Nəcəf Nadir şaha məktub yazır, özünün ədalətli hakim olduğunu, Hacı Çələbinin isə xalqı korladığını bildirir. Nadir şah hər ikisini sarayına çağırır. Sarayda onların heç şikayətlərinə belə qulaq asmadan Hacı Çələbinin boynuna kəndir keçirtdirir. Çələbi onu dinləməyi şahdan xahiş edir. O, Məlik Nəcəfin bütün əməlləri haqqında danışır və Nadir şah onu buraxmağı əmr edir. Lakin Məlik Nəcəf cəzalandırılmır və yenidən Şəki hakimliyi vəzifəsində təsdiq olunur.
Hacı Çələbi isə onun vəkili təyin edilir. Uzaqgörənlik nümayiş etdirən Nadir şah əyanlarına deyir: "Mənim hüzurumda heç kim səsini çıxarmağa cürət etmədiyi halda bu şəkili boynuna ip keçirilməsinə baxmayaraq cəsarətlə şikayətlərini çatdırdı. Görərsiniz, o nəsə törədəcək".
1743-cü ildə Şəkiyə qayıtdıqdan sonra daha da azğınlaşan Məlik Nəcəf ondan şikayət edənlərə divan tutmağa başlayır və belə şəraitdə xalq silaha sarılır. Kortəbii halda başlanan üsyan nəticəsində Məlik Nəcəf və onun adamları öldürülür, Hacı Çələbi üsyana başçılığı öz üzərinə götürür. O, baş verənlər barədə Nadir şaha xəbər göndərir və bütün günahın şahın və onun adamlarında olduğunu göstərir. Beləliklə, Hacı Çələbi xan Şəkini müstəqil xanlıq, özünü isə onun başçısı elan edir.
1744-cü ildə Nadir şah güclü qoşunla Şəkiyə hücum edir. O, asanlıqla üsyanı yatıracağını düşünürdü. Lakin əhali şəhəri tərk etmiş və əvvəlcədən möhkəmləndirdiyi Kiş, "Gələsən-görəsən" qalaları və dağ sığınacaqlarında mövqe tutmuşdu. Hamı azadlığını qorumaq əzmində idi və Hacı Çələbi bu əzmi daha da möhkəmləndirirdi. İstehkamlar bir-birləri ilə yeraltı yollarla əlaqə saxladığından Nadir şah onlan tuta bilmirdi. Odur ki 4 aylıq mühasirədən sonra geri çəkilməyə məcbur olur.
Asiyanın on möhtəşəm sərkərdələrin dərqulu xan Naxçıvanlı, Qasım xan Qaradağlı, Şahverdi xan Gəncəli gürcü çarlarına həddindən artıq inanıb qoşun gətirmirlər. Nəticədə onlar çarlar tərəfindən xaincəsinə əsir alınırlar. Əsirləri götürüb Gürcüstana qayıdan çarlar onları ağır şərtlər, ilk növbədə Azərbaycan torpaqları müqabilində buraxmaq fikrindəydilər. Lakin Hacı Çələbi xan bunun qarşısını alır. Belə ki, o, Qızılqaya müşavirəsi haqqında eşidibmiş və düşmənlərin birləşmiş qoşunlarının yürüşünü gözlədiyinə görə qoşunları ilə bərabər döyüşə hazırlaşıbmış. Baş vermiş hadisədən xəbər tutan Çələbi xan şəxsi münasibətlərini bir kənara qoyub Azərbaycan naminə onlan xilas etmək qərarına gəlir. Bəzi məsləhətçiləri hər şeyi götür-qoy edib, məsləhətləşmələr aparmaq təklifi ilə çıxış etdikdə isə xan deyir: "Nə məsləhət görürsunüz-görün, təki bu məsləhət Kürü keçməklə bağlı olsun". Bununla o işarə edirdi ki, xanları azad etməkçün Kür çayını keçmək lazımdır və bunu vaxt itirmədən eləmək lazımdır.
Beləliklə, Şəki xanlığının qoşunları gürcü qoşunlarının ardınca sürətlə hərəkət edir. Xan Şəmkir yaxınlığında gürcü qoşunlarına çatır və baş vermiş döyüşdə onları darmadağın edir. Bütün əsirlər azad olunur, Şəki qoşunları gürcüləri Tiflisin 3 kilometrliyinədək təqib edirlər. Bununla gürcü çarlarının Azərbaycan torpaqlarına yürüşlərinə son qoyulur.
Hacı Çələbi xan 1755-ci ildə Şəkidə vəfat edib və orada dəfn olunub.