Qadin.NET / 9 noyabr Dövlət Bayrağı günüdür!

9 noyabr Dövlət Bayrağı günüdür!

 

9 noyabr Dövlət Bayrağı günüdür!

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir: düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir: böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

 

9 noyabr Dövlət Bayrağı günüdür!

 

Rəmzi mənaları

Mavi rəng: Azərbaycan xalqının türk mənşəli olmasını;

Qırmızı rəng: müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini;

Yaşıl rəng: İslam sivilizasiyasına mənsubluğunu;

Aypara və səkkizguşəli ulduz: Aya və Günəşə işarə olub əbədilik rəmzidir.

 

9 noyabr Dövlət Bayrağı günüdür!

 

 

Dövlət Bayrağı günü

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin."

P.S: Əziz Qadin.Netlilər Bayraq bayramınız mübarək olsun!

9 noyabr 2014
GO BACK