Azərbaycan ordusu çox inkişaf edir. Ordumuzun Ali baş komandanı Azərbaycan ordusu üçün hər imkanları yaradıb. Bizim Azərbaycan ordusu günü-gündən inkişaf edir. Ön cəbhədə Azərbaycan ordusu düşmən ilə üz-üzə durub, öz torpağını qoruyur. Düşmənin hər bir qüvvəsi məhv edilir, düşmən tərəfi xeyli itkilər verir, həmçinin, Azərbaycan ordusu da itkilərlə üzləşir. Yenə də Azərbaycan ordusunun cəsur ürəkli əsgrləri düşmənə qarşı torpaqları göz bəbəkləri kimi qoruyurlar. Düşmən ordusu hər gün atəşkəsi pozur. Azərbaycan ordusu düşmənə öz cavabını verir. Atəşkəsin tez-tez pozulması nəticəsində cəsurcasına düşmənə qarşı vuruşub və şəhid olmuş hərbçilərini Azərbaycan xalqı heç zaman unutmayacaq. Gözü yaşlı qalan analara, bacılara, atalara söz veririk ki, o qan yerdə qalmayacaq, düşmən layiqli cavabını alacaq! Belə cəsur övladlar böyütdükləri üçün bütün valideynlərin qarşısında baş əyirik və unutmayaq ki, Azərbaycan ordusu yenilməzdir, düşmən nə qədər bizi yenmək istəsə də, buna heç zaman nail olmayacaq!
Azərbaycan ordusunun bir niyyəti var, o da 20%-i işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmək və xalqın firavan yaşamasını təmin etmək. Allah qoysa, Azərbaycan ordusu buna nail olacaq. Məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaq, İnşəallah. Ordumuz bir çox dövlətlərin ordusundan çox inkişaf edib. Biz hərbçilər ali baş komandanımız cənab İlham Əliyev cənablarına bizə göstərdiyi qayğıya görə minnətdarıq.
Ey Azərbaycan xalqı, sizləri qorumaq biz hərbçilərin borcudur! Sizlər rahat olun, sizləri qoruyan igid qardaşlarınız var. Düşmən ordusu etiraf edir ki, əlbəttə, Azərbaycan ordusu bizdən güclüdür, amma yenə də qaydaları pozmurlar. Azərbaycan xalqı, sizlərə söz veririk, biz torpaqlarımızı geri qaytaracağıq və sizlər xoş, firavan yaşayacaqsınız! Ali baş komandanımız bu məsələni sülh yolu ilə həll etməyə çalışır. Lazım olsa, Ali baş komadanın əmri ilə Azərbaycan ordusu düşmənə qarşı müharibəyə də hazırdır. Azərbaycan xalqı, biz hərbçilər həmişə sizlər üçün yaşayacağımıza və sizləri qoruyacağımıza söz veririk!