Qadin.NET / Erməni terroru-1 ("Nemezis"- terror hərəkatı)

Erməni terroru-1 ("Nemezis"- terror hərəkatı)

 

Erməni terroru-1 ("Nemezis"- terror hərəkatı)

 

XIX əsrin sonları, XX əsrin əvvəllərində erməni terror təşkilatarı (”Amerikan”(1885), “Hnçak”(1887) və “Daşnaksütyun”(1890) ) tərəfindən Türkiyə və Azərbaycanda  on minlərlə günahsız insan qətlə yetirilmişdir.

Nemezis”- terror hərəkatı.

1919-cu ildə Daşnaksütyun partiyası İrəvanda keçirdiyi IX qurultayında Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına 650 nəfər Türkiyənin və Azərbaycanın dövlət xadimlərinin, ziyalıların adları salınmışdır. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçular adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Türkiyənin və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun”un “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişlər.

         ADR-in parlament sədri Həsən bəy Ağayev, ADR-in Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir.

            Osmanlı imperiyasının daxili işlər naziri Tələt paşa 15 mart 1921-ci ildə Berlində qətlə yetirilmişdir.

ADR-in daxili işlər naziri Behbud xan Cavanşir 18 iyul 1921-ci ildə Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmişdir.

Osmanlı imperiyasının hərbi naziri Ənvər paşa 4 avqust 1922-ci ildə Əfqanıstan yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdir.

Camal paşa və onun müavini 25 iyul 1922-ci il Tiflis şəhərində erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirilmişdir.

Erməni terror təşkilatı olan ASALA-nın üzvü Lovon Elmekçyan 7 avqust 1982-ci ildə Esenboğa hava limanında terror həyata keçirmişdir.

            ASALA terror təşkilatının 16 iyun 1983-cü ildə İstanbul “Qapalı çarşı” adlanan bazarda törətdiyi partlayış nəticəsində 3 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır.

15 iyul 1983-cü ildə Parisin Orli hava limanında “Türk Hava Yolları”nın kassası qarşısındakı partlayış nəticəsində 8 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır.

20 iyun 1984-cü ildə Vyana şəhərində Türkiyə səfirliyinə məxsus avtomobilin erməni terrorçuları tərəfindən partladılması nəticəsində müşavirin köməkçisi Erdoğan Özen həlak olmuş, 5 nəfər yaralanmışdır.

8 yanvar 1997-ci ildə Moskvada metronun “İzmaylovskaya”  və “Pervomayskaya” stansiyaları arasında qatar partladılmışdır. Eyni gündə Moskvada “25 Oktyabr” küçəsindəki mağazada partlayış törədilmişdir. Hər iki terror aktı nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər xəsarət almışdır. İstintaq sübut etmişdir ki, terror aktlarını Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan törətmişlər. S. Zatikyan Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini irəli sürən Ermənistan Milli Birlik Partyasının üzvü olmuşdur.

1975-ci ildə yaradılan ASALA erməni terror təşkilatının üzvlərinin əsas məqsədi Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstan ərazilərinin hesabına “Böyük Ermənistan” yaratmaqdır.

7 avqust 1982-ci ildə Ankara şəhərində Esenoğa hava limnında ASALA-nın terror basqını nəticəsində 9 nəfər həlak olmuş, 82 nəfər yaralnmışdır.

XX əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində, əsasən Türkiyə diplomatlarına qarşı erməni terror təşkilatları tərəfindən 200-dək terror aktı törədilmişdir.

24 fevral 2011
GO BACK