Milli bayramlar və tarixi günlər
2 fevral-Azərbaycan Gəncləri günü
Bu gün 1996-cı ildə prezident H.Əliyevin sərəncamı ilə təsdiq olunub.Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.Azərbaycanda hər il gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Dünyada isə bizdən 3 il sonra, 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Beynəlxalq bayramlar və tarixi günlər
14 fevral-Sevgililər Günü
Müqəddəs Valentinin adı ilə bağlı bir çox əfsanələr mövcuddur.Belə əfsanələrin birində deyilir ki, o, Roma şəhəri yaxınlığında yerləşən Terni kilsəsinin ruhanisi olmuşdur.İmperator II Konstantinin zamanında, xristianlığın kütləvi təqibi dövründə bu insanın faciəvi həyatı başlamışdı.Bu zaman Roma leginonerlərinə evlənmək qadağan olunduğu üçün keşiş Valentin gizli olaraq sevənlərə-nikah kəsirdi.Buna görə də onu həbsə məhkum etmişdilər.Bir əfsanədə deyilir ki, o, məhbusların birinin qızını sevmişdi.Edam ərəfəsində gənc keşiş sevgilisinə məktub yazır və ona “Sənin Valentinin” imzasını qoyur.Məhəbbət simvolu olan "Valentin” adı da məhz buradan götürülmüşdür.
İşgəncə ilə öldürülmüş Valentin müqəddəslər sırasına daxil edilmişdir.Onun cəsədinin qalıqları günümüzədək gəlib çatmış və hazırda Shotlandiyanın Qlazqo şəhərində müqəddəs Con Dansin Roma-katolik kilsəsində xüsusi qutuda saxlanmaqdadır.Hər il fevralın 14-də müxtəlif yaşlı insanlar buraya gələrək dizi üstə çökür və Muqəddəs Valentindən məhəbbət diləyirlər.Avropada 14 fevral-Müqəddəs Valentin Gunu çox yüksək səviyyədə qeyd edilir.
21 fevral-Beynəlxalq Ana dili Günü
1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir.