Qadin.NET / Qarabağ həsrəti

Qarabağ həsrəti

Qarabağ həsrəti
Balacalar üçün böyük nağıl
Qarışdırdım röyamı, 
Qəlb sevgidən doyarmı. 
İtirdim Qarabağı, 
Şirin şəkər dünyamı.  
Biri vardı, biri yРѕС…du, yРѕС…, yРѕС…, biri vardı, biri var və daim Рѕlacaq Azərbaycan adlı böyük, ulu bir dünyanın Qarabağ adlı ağır Рµlli-Рµlatlı, şirin sözlü-söhbətli, tРѕrpağı bərəkətli, insanları sədaqətli gözəl bir Рѕylağı, dilbər bir guşəsi var. Bağışla, balası, mən səni Рѕra apara bilmirəm. Çünki Рѕ yurd əsirdir, dustaqdır. Рћ yurda aparan yРѕllar tikanlıdır. Sənin də ayaqların çРѕС… zərifdir, dözməz tikanlara. Ayaqları möhkəm, qРѕlları güclü əmilər, dayılar bir gün Рѕ yurdu əsirlikdən çıС…arar və mən səni Рѕ yurdun həsrətli köksünə sıС…aram. DРѕlanarıq
başına Рѕ dərdli dağların, Рѕ gözəl yaylaqların. Gözəlliyinə dünyada tay Рѕlmayan, səadətdən pay almayan gəlin Şuşamın yaralarına dağ
güllərindən məlhəm qРѕyarıq.  
Dərd çırpdı daşa məni. 
 VРµrdi qan-yaşa məni. 
 Kimsə yanmamış Рѕdla, 
 Yandırdı Şuşa məni. 
Qarabağ həsrəti
Ağdamın qara günlərini yaralı şikəstə ilə unutdurarıq, Kəlbəcəri ulu sazın səsi ilə Рѕvudarıq. Cəbrayılı, Qubadlını, Laçını, РҐankəndini, Zəngilanı şirin məhəbbətlə, isti səmimiyyətlə bağrımıza basar, göz yaşlarını silərik. РҐРѕcalının qanlı tРѕrpağında sРµvinc yaşları ilə
əlvan güllər əkərik. Bu gün olacaq, balası, Vallah, olacaq. Bir gün nağıl kimi dinlədiyin həqiqəti sabah özün görəcəksən, biləcəksən və ardını özün yaradacaqsan. Nisgillərimizi əridəcəksən, həsrətlərimizi ovudacaqsan, vüsalımızı oyadacaqsan. Qarabağ adlı bir məkanı sevə-sevə böyüdəcəksən, bu istək də sənlə bərabər boy-boy artacaq, böyüyəcək. Həsrətdən sozalan, qəmdən sızıldayan nənələrini, babalarını Vətənə məhəbbətinlə, xoş əməlinlə ovudacaqsan, ağrısını soyudacaqsan.  
Həsrətəm apar məni, 
Bu dərddən qurtar məni, 
Dərmanım orda qalıb, 
O yurda qaytar məni.
Qarabağ həsrəti
Bağışlayın bizi, yurd yerləri 
Bu toyun ortasında, çal-çağırın içində dəli bir hönkürtüylə, boz bayatı deyib ağlamaq keçir könlümdən. Boylu-buxunlu, geyimli-keçimli cavanların, lüt-üryan müğənni qızın köntöy səsi ilə bağıra-bağıra dediyi “Qarabağ da bizimdir” – sözlərinə atılıb düşmələrinə baxa-baxa için-için ağlayıram. Qəlbə axan göz yaşı sifətə axan göz yaşından daha acı, daha göynərtili imiş. İllərdən bəri doğma nəfəsə, doğma hənirə həsrət yurd yerlərinin adı müğənninin şit dodaqlarında çeynəndikcə ürəyim sıxılırdı. Toydan yarımçıq çıxdım, amma bu səs qulaqlarımda gur-gur guruldayırdı:  
“Qubadlı da bizimdir, 
Zəngilan da bizimdir, 
Ağdam da bizimdir...”  
 Bağışlayın bizi, yurd yerləri. Bu boyda dərdi oxuyuruq, oynayırıq, bağışlayın. 
“Qarabağ bizimdir” deyirik amma, 
İllərdir o yurda dönə bilmirik. 
Gəl indi bu dərdə odlanıb yanma, 
Vallah, elə yannıq sönə bilmirik.
 
Qəlbində Qarabağ atəşi olan, 
Qardaşlar, bacılar gəlin birləşək. 
Dildə deyilənlər olmasın yalan, 
Bu odda bir yanaq, birlikdə bişək.
 
Tonqaltək çatılsın ürəklərimiz, 
Məşəli nur saçsın yollarımıza. 
Bir güclə vuruşsun biləklərimiz, 
Bir yerdə qayıdaq yurdlarımıza.
Qarabağ həsrəti

Al dözümümüzü, Allahım!

Dözüm insan xarakterinin ən gözəl xüsusiyyətlərindən biridir. Deyirlər, səbr, dözüm müvəffəqiyyətin açarıdır. Mənim buna şübhəm yoxdur. Amma elə hey son illərin olub keçənlərini xəyalımdan keçirib təhlil elədikcə bir sual məni düşündürür. Dözüm həmişə lazımdır, həmişə müvəffəqiyyətə aparır? Ağlımız söz kəsib, Vətən kəlməsinin şirinliyini duyan gündən bir həsrət, bir nisgil də qarışdı Vətən adlı ülvi bir məhəbbətə, doyulmaz bir eşqə. Bu cənub həsrəti, Təbriz həsrəti hər bir azərbaycanlının qəlbində özü ilə bərabər böyüdü, özü ilə bərabər dolğunlaşdı. Hər kəs öz kəndindən, öz evindən boylandı bu həsrətli yollara. “Həyatda ən böyük arzu nədir” sualına çoxlarımız “Təbrizi görmək, cənublu yurddaşlarımızla görüşmək” cavabını verdik. Bircə dəfə də üzünü görüb, havasını udmadığımız Cənub, Təbriz həsrəti ilə yandığımız vaxtlar ağlımıza da gəlməzdi ki, yaylaqlarında sərinlənib, bulaqlarından içdiyimiz doğma Qarabağ həsrəti də qarışacaq bu həsrətə, bu dərdə. Bir nalə asılıb göylərin sinəsindən – Qarabağ naləsi. Bir fəryad yandırır dağların sinəsini – Qarabağ fəryadı. Didərgin ellərin, qaçqın ruhların sızıltısı, göynərtisi bağrımızı dəlir, yaşa dönüb gözlərimizdən axır. Amma dözürük. Niyə dözürük, necə dözürük? Bu dözüm bizi hara aparır? Bu dözüm deyil, mütilikdi, köləlikdi. Dərdə, möhnətə baş əymək, qul olmaqdı. Dözümün də bir həddi-hüdudu var axı. Bəs mübarizlik, bəs qəhrəmanlıq? Hamımız vətənə məhəbbətdən dəm vururq. Bu məhəbbətlə iş bitirmi? Quru-quru qurban olmaq vətənə nə verir? Vətənə ulu məhəbbət bəs eləmir, düşmənə nifrət bu məhəbbətdən güclü olmalıdır ki, bəlkə dilimizdə oxşayıb, qəlbimizdə əzizlədiyimiz Vətənə çata bilək, itirdiklərimizi tapa bilək. Dərd verəndə dözümü dərddən ağır eləmə, güclü eləmə, Allahım! Qoy tükənsin dözümümüz, qoy daralsın səbrimiz, tufan kimi coşsun-çağlasın, dərdlərimizi, qəmlərimizi yuyub aparsın. Bəsdir daha gözlədiyimiz. Rəhm elə, Allahım, al dözümümüzü, kəs səbrimizi. Koroğlu qüvvətini, Babək hünərini, Cavanşir qeyrətini yerit qanlarımıza, Vətən adlı mələyin uğrunda döyüşə apar bizi. Gözlərimizə ox olan, ürəklərimizi dələn tikanlı sərhəd məftillərini qırıb-tökək və bütün dünyaya sübut edək ki, biz əsarət üçün deyilik, biz müqəddəs hisslər uğrunda ölümə də getməyə hazırıq.
Qarabağ həsrəti
“Şuşanın dağları”  itdi dumanda 
Hamımızın çox sevdiyi bir mahnı var: “Şuşanın dağları”. Nə vaxt yaranıb, kim bəstələyib, ilk ifaçısı kim olub, məlum deyil. Məlum olan odur ki, onu hamı sevib. Oxuyanlar da sevə-sevə dinləyib. Son illərə qədər mən bu mahnını şərbət içmiş kimi şirin bir qəhər boğazımı acışdıra-acışdıra dinləmişəm. Həzin bir intizar, məftun bir iftixar hissi köksümü qabardıb, qəlbimi döyündürüb. Şuşanın gözəlliyini görüb, şirinliyini duyanlar bu mahnı ilə o hissləri dönə-dönə yaşayıblar. Şuşanı görməyənlər isə bu mahnı ilə onun gözəlliyini görüblər, lətafətini duyublar, təsəvvür ediblər. Vurulublar ona. Amma indi bu mahnını dinləyə bilmirəm. Həm utanıram, həm də yanıram. İtirdiyimizə yanıram, qaytara bilmədiyimizə utanıram.
“Şuşanın dağları başı dumanlı”...
İtirdik dumanda bu dağları. Qatı, qaranlıq duman aldı Şuşamızı. Bu dumanı əridən işıq gözləyir dağlar. 
 “Dərdindən ölməyə çoxdur gümanlı”...
Hanı, hanı ? Görmürəm. Şuşanın azadlığı uğrunda qatarlaşan igidlərim, hardasınız? Toplayın təpərinizi, cəmləyin qeyrətinizi!
“Şuşanın hər yerdə vardır sorağı”... 
Bu hansı soraqdır, bu hansı səsdir? Mədəniyyət, musiqi beşiyimizin dustaq, əsir sədası, sorağıdırmı? Bu sorağı car çəkməkdən yorulmadıqmı? 
Qarabağ həsrəti
“Tərifə layiqdir İsa bulağı”... 
Yox, yox, daha İsa bulağının baldan şirin suyu göz yaşı kimi acıdır. O bizdən qeyrətlidir, içirməz yadlara şərbət suyunu. 
“Şuşada axşamlar yanar ulduzlar”... 
Daha yanmır ulduzlar, ağlayır. Ulduz-ulduz göz yaşı yağır göylərdən. 
 “Onlardan gözəldir gəlinlər, qızlar”... 
Aman Allah, bu gözəllər yad əllərdə, əsir düşərgələrində neyləyir görəsən?! Solğun bənizlər, qan-yaş dolu gözlər yaddaşımdan silinmir ki, silinmir!
 “Oturub yol üstə yarını gözlər”... 
Yol üstə çıxan, elini gözləyən, gözü yollarda dumana düşən, bağrı qan olan Şuşam mənim! Harayına çatıb, gözünü yollardan yığacağıqmı? Sənsizliyi daş edib bağrımıza basa-basa nə qədər dözəcəyik axı? 
Oxumayın bu mahnını siz Allah! Şuşasız oxumayın!  
Şuşanın dağları itdi dumanda, 
Ürəyi əridi ahda-amanda, 
Ümidi çırpınır şirin gümanda, 
Yollardan gözünü yığın, Şuşamın.
Xuraman
23 aprel 2014
GO BACK