Qadin.NET / Zülmə dayan deyək!

Zülmə dayan deyək!

Zülmə dayan deyək!

1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlamışdırErmənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün Azərbaycanla illərlə davam edən müharibəyə başladı. Bu müharibənin ən qorxunc izlərinə biz Xocalıda rast gəldik. Uşaq, qadın, yaşlı bilmədən, dəhşətli işgəncələrlə 613 azərbaycanlı şəhid edildi. Əslində bu yazdıqlarım demək olar ki, bütün nəşr orqanlarında, qəzetlərdə, jurnallarda, sosial şəbəkələrdə rast gələcəyimiz məlumatlardır. Xocalıda məsum Azərbaycan xalqına qarşı edilən zülm əsl vəhşilik idi. Bu vəhşiliyin arxa fonunda isə Sovet dərin dövlətinin darvinist-materialist zehniyyətindəki peşəkar qatilləri var idi. Soyqırımın əsl məqsədi Qarabağ bölgəsini boşaltmaq və azərbaycanlıları oradan çıxarmaq idi. Xüsusi seçilmiş erməni əsgərləri Xocalı soyqırımında alət kimi istifadə edildilər.

Bir tarixi mənbədə erməni yazıçılarından bəzilərinin Xocalı soyqırımı haqqındakı tükürpədici düşüncələrini oxumuşdum. Hətta mənim yazmağa belə üşəndiyim bu aşağıdakı cümlələr təəssüf olsun ki, bu insanların düşüncəsini, əqidəsini təşkil edir: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". (Zori Balayan) 

Zülmə dayan deyək!

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən keçmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız uşaqlarının meyitlərinin sinəsinə basaraq addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Beləcə, 1200 meyitin üstündən keçdim". 

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". 

Zülmə dayan deyək!

Ermənilərin etiraflarında da öz əksini tapan bu vəhşilikləri heç bir normal insan edə bilməzdi. Bu, açıq-aydın terror hadisəsidir. Yalnız öz şəxsi əqidələrinə xidmət edən bu insanlar dinc əhaliyə tarixdə görülməmiş əzablar veriblər. 

Xocalıda baş verən terror aktı idi. Bu gün də dünyanın hər yerində baş verir. Terrorçuları xüsusi şəkildə hazırlayırlar. Ta ki, onları heyvana çevirənə qədər. Onlar insanları öldürməkdən qətiyyən narahat olmurlar. Əksinə, bundan böyük həzz duyurlar. İnsan gül qoxulamaqdan, gözəl mənzərə seyr etməkdən, kiçik uşaqlarla oynamaqdan, sevgi dolu yeniyetmələrin, gənclərin gülüşündən həzz alar. Amma onlar üçün qan tökmək  həzz mənbəyidir. Eynən vəhşi heyvanlar kimi. Terroristlərin bu beyinə dürtülmə yanlış əqidələri materialist və darvinist ideologiyadan qaynaqlanır. İnsanı heyvandan törəmə adlandıran, dolayısı ilə bir növ heyvan kimi görən, canlıların inkişafını təbiətdəki həyat uğrunda mübarizə ilə əlaqələndirən, bu mübarizədə güclülərin qazanacağını, zəiflərin isə məhv olmağa məhkum olduğunu iddia edən darvinizm terrorizmin azğın əqidəsinin əsasını təşkil edir. Darvinisit-materialist zehniyyətdəki insanlar dünyanın, insanların Allah tərəfindən deyil, təsadüflər nəticəsində yarandığını və beləliklə də heç kim qarşısında məsuliyyət daşımadıqlarını düşündükləri üçün, Allahdan qorxmadıqları üçün istədikləri azğınlıqları edirlər. 

Zülmə dayan deyək!

Terrorçulara "Tərksilah olun, bəsdirin" demək kömək etməyəcək. Körpə quzuları parça-parça edən canavara "Allah sənə lənət eləsin, bəsdir ay canavar, etmə canavar, içmə quzularımızın qanını" demək nə qədər məntiqsizdirsə, terrorçulara da lənət oxumaq, onları sadəcə qınamaq, "Etmə" demək o qədər məntiqsizdir.   

Heç kim öz yaxasını kənara çəkməməlidir. "Mənə nə" deməməlidir. Ən azından istəmək, insanları sevgi birliyinə dəvət etmək, dünyadakı zülm mühitinin bitməsi üçün dua etmək də də böyük fəaliyyətdir. Bəlkə sadəcə bir nəfərin səmimi duası ilə bu zülm mühiti bitər, kim bilər ki bunu? Necə ki, “Warm Bodies” filmində şüurlu insanların vəsiləsi və güclü dəstəyi ilə zombiləşmiş ölü bədənlər dirilir və insanlara artıq zərər vermirlər. Real dünyamız da eynilə o kinodakı kimi olar. Amma biz də gərək dəstək olmaqda laqeydlik etməyək, güclü və şövqlü olaq bu yolda.  

26 fevral 2014
GO BACK