Qadin.NET / Yanvar ayı üçün bayram və tarixi günlər

Yanvar ayı üçün bayram və tarixi günlər

Milli  bayramlar və tarixi günlər

 

29 yanvar -Gömrük işçiləri günü

1992- ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyuldu.Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir.Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır.

Gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur.(Azərbaycan ərazisinin qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökümətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı)

 

Beynəlxalq bayramlar və tarixi günlər

 

1 Yanvar-Yeni İl Bayramı

Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər.Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır.

Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır.Xristianlar bu günü İsa peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər.Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir.Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir.

Böyük Britaniyada ənənəyə uyğun olaraq əllərini yuxarı qaldırır və “Mərhəmətli köhnə il” mahnısını oxuyurlar.

ABŞ-da ilin son gecəsində şənlənir, ayağa duraraq sağlıqıar söyləyirlər.

İtaliyada köhnə ili yola salarkən pəncərələri açır, evdəki köhnə əşyaları çölə atırlar.

Çində yeni il yanvarın ortalarında və fevralda qeyd olunur.

Yaponiyada yeni il O-seqaytsu adlanır və yanvarın 1-dən başlayaraq üç gün davam edir...

(Dünya xalqlarının yeni il bayramı ənənələri haqda qısaca bu qədər.)

1 yanvar 2011
GO BACK