Qadin.NET / Ordubad rayonu

Ordubad rayonu

Ordubad rayonu Naxçıvan Muxtar Respublikası tərkibində olan 7 rayondan biridir. Ordubad rayonu cənubdan İranla, şimaldan və qərbdən Ermənistanla həmsərhəddir. Şərqdən isə Culfa rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 972 kv.km, əhalisi 43200 nəfərdir. Rayonun inzibati mərkəzi Ordubad şəhəridir. Ordubad şəhəri Naxçıvan Muxtar Respublikasının mühüm şəhərlərindən biridir. Ordubad bağlar, güllər diyarıdır.

Ordubad çox qədim tarixə malikdir. Ordubaddakı yaşayış evlərinin üslubu xüsusilə fərqlənir. Buradakı evlərin planı rəngarəng və özünəməxsusdur. Tarixə nəzər salsaq görərik ki, Ordubadda 100-dən çox kəhriz olmuşdur. Tarix boyu Ordubadda çeşmələr müqəddəs olublar. Ordubad eyni zamanda qədim tarixi abidələrlə zəngin olan bir diyardır.

Ordubad rayonu

Ordubaddakı Sərşəhər meydanı

Ordubad rayonu

Ambaras məscidi

Naxçıvan Muxtar Respublikasının ən yüksək zirvəsi olan Qapıcıq zirvəsi də məhz Ordubad rayonunun ərzisində yerləşir. Ordubadın təbiəti çox gözəldir. Buranın əriyinin, şaftalısının dünyada misli bərabəri yoxdur. Ordubad təkcə meyvələri ilə deyil, eyni zamanda ipəyi ilə də məşhur olmuşdur. Mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.

Məmməd Səid Ordubadi, Fəqir Ordubadi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi məhz Ordubad torpağının yetirmələridir.

Ordubad rayonu

Məmməd Səid Ordubadinin ev muzeyi

Ordubad rayonu

Ordubad AMEA şöbəsi

Ordubad rayonu

Ordubad şəhərindəki avtovağzal

Ordubad rayonu

Biləv su anbarı.

Ordubad rayonu

Ordubad şəhər mədəniyyət evi

Ordubad rayonu

Ordubad şərq hamamı

Ordubad rayonu

Ordubad milli parkı

İçərisində Ordubadın fauna və florasına aid güşələr yaradılıb.

Ordubad rayonu

Tivi kəndinin uzaqdan görüntüsü..

Ordubad rayonu

Dəstə kəndindən bir məhəllə.

Ordubad rayonu

Nəsirvaz çayı

Ordubad rayonu

Tivi kəndində yerdən qaynayaraq çıxan müalicəvi su... Tərkibində kükürd və dəmir var, yaraların sağalmasında olduqca əhəmiyyətlidir. həm də qazlı sudur.

Ordubad rayonu

Naxçıvanın Göygölü

Ordubad rayonunda yerləşir, hər tərəfi bir fəsli xatırladır, çox gözəldir.

Ordubad rayonu

Ağdərə adlı qəsəbə tipli kiçik yaşayış məskəni

Burda müxtəlif filiz yataqları var, həmçinin Ordubad milli parkı və Ordubad hava bürosu da burada yerləşir.

26 iyul 2013
GO BACK