Qadin.NET / Azərbaycanın uğurları

Azərbaycanın uğurları

 Əziz Qadin.Netlilər, bu dəfə sizlər üçün Azərbaycanımızın-doğma yurdumuzun uğurlarından xəbər hazırlamaq qərarına gəldim. Hamı bilir bu uğurları. Sadəcə yenidən xatirlamaq və fəxr hissi duymaq, Azərbaycanın günü-gündən inkişafını görməkdən doymaq olmur. Hər bir sahədə uğuralarımız var. İdmanda, elmdə, musiqi və başqa sahələrdə. Bu dəfə hazırladığım xəbərim "Avroviziya" musiqi yarışmasındakı uğurlarımızdan olacaq. Ümid edirəm sevə-sevə oxuyub, bir daha ölkəmizlə fəxr edərik. 

 1956-ci ildə Avroviziya musiqi yarışması keçirilməyə başlayıb. İlk əvvəllər ölkələrin sayı az olsa da, illər keçdikcə bəzi avropa ölkələri də bu yarışmaya qatılıb. Mən bu xəbərimdə Avroviziyanın tarixindən yox, Azərbaycanın bu yarışmaya qatıldığı ildən bu günə qədər keçdiyi  uğurlu yollardan danışacağam.
Hər kəs bilir ki, Azərbaycan bu yarışmaya 2008-ci ildən başlayıb. Neçə illərdir ki, bu yarışmaya qatılan bəzi ölkələr var ki, ilk 10-luğa düşə bilmirlər. Amma Azərbaycan bunu etdi. 2007-ci ildə 2 dəfə qalib olmuş ölkə Serbiyanın ev sahibliyi ilə keçirilən musiqi yarışmasının qalibi Rusiya-Dima Bilan oldu. Lakin birinci il qatılmasına baxmayaraq  Elnurla Samirin gözəl çıxışı və səhnə performansı ilə Azərbaycan ilk 10-luğa düşə bildi. Elnurun və Samirin oxuduqları mahnı isə "Day after day" adlanırdı.
Azərbaycanın uğurları
Bu yarışmadakı ilk nailiyyətimizdən sonra 2009-cu ildə uğurumuz daha da artdı. Aysel Teymurzadənin və Araşın sayəsində Moskvada keçirilən bu nüfuzlu yarışmada Azərbaycan yenə də uğur qazandı. 2 -ci il bu yarışmaya qatılmasına baxmayaraq ölkəmiz 3-cü yerə çıxdı. Birinciliyi Norveçdən Alexandr Ribak "Fairtale" mahnisi ilə aldı, amma top 3-lükdə Azərbaycan da öz adını yazdırdı. Aysel və Araş "Always" mahnisi ilə 3-cü oldu. Bu bizim üçün böyük uğur idi.
Azərbaycanın uğurları
2010-cu ildə Norveçdə keçirilən Avroviziya yarışmasında ölkəmizi layiqli təmsil edənlərdən biri də Safura Əlizadə oldu. Azərbaycan adını yüksəldə bildi. Safura da boyük ölkələrin düşə bilmədiyi 10-luğun 5-ci pilləsində yerləşdi. Safura çiyinlərinə düşən bu dəyərli "yükün" öhdəsindən layiqincə gəldi. Safura da "Drip Drop" mahnisi ilə 5-ci oldu. 2010-cu ilin qalib ölkəsi isə Almaniyadan-Lena Mayer "Satallete" mahnısı oldu.
Azərbaycanın uğurları
Və nəhayət qələbə bizimdi. 2011-ci il Avroviziyanın qalib ölkəsi biz olduq. 2010-cu ilin qalibi olan Almaniyanın ev sahibliyi ilə keçirilən Avroviziya yarışmada 2011-ci ildə ölkəmizi Eldar və Nigar təmsil etdi. Gözəl çıxış, gözəl mahnı və gözəl səhnə performansı ilə ölkəmizi təmsil edən Eldarla Nigar "Running scared" mahnısı ilə vətənimizə qələbə sevincini yaşatdılar. Az bir müddətdə bu möhtəşəm yarışmaya qatılmağımıza baxmayaraq Azərbaycan  bu yarışmada  da qələbəyə imza atdı. 2012-ci ilin ev sahibliyini öz üzərinə götürən Azərbaycan layiqincə bunun da öhdəsindən gəldi.
Azərbaycanın uğurları
Nəhayət ki, ev sahibi olan ölkə bizik. Bu yarışma üçün xüsusi hazırlanan, 7 ay ərzində tikilən, şəhərimizə gözəllik bəxş edən Kristal hall da Avroviziya 2012-nin keçiriləcəyi yer oldu.
Azərbaycanın uğurları
"Light your fire-Öz məşəlini alovlandır" şüarı altında keçirilən Avroviziya 2012 Azərbaycanın qələbəsinin pik noqtəsi idi.
Azərbaycanın uğurları
Hələ uğurlarımız ildən-ilə artacaq. Bu yarışmaya Azərbaycan çox gözəl hazırlaşmışdı. Şəhərimizə gələn turistlər böyük məmnunluq hissi keçirirdilər. Bəlkə də ölkəmizi bu cür təsəvvür etmirdilər. Avroviziya 2012 yarışmasında ev sahibi olmağımıza baxmayaraq seçdiyimiz təmsilçi Səbinə Babayeva "When  the music dies" mahnısı ilə ölkəmizi 10-luqda saxlayaraq 4-cü pillədə qərarlaşdı. Qalib ölkə isə İsveçli Lorenin "Euphoriya" mahnısı oldu.
Azərbaycanın uğurları
2013-cü ildə yəni bu il ev sahibi olan İsveçdə keçirilən Avroviziya yarışmasında ölkəmizi təmsil edən Fərid Məmmədov oldu. 2-ci yerə çıxaraq bir daha ölkəmizin adını yüksək pillələrə daşıdı. Fəridin "Hold me" mahnısı ölkəmizi 2-ci yerə çıxardı. Bu ilin qalibi Danimarkadan Emelie de Forest - "Only Teardrops" mahnısı oldu.
Azərbaycanın uğurları

İnşaAllah uğurlarımız daimi olar.
19 may 2013
GO BACK