Qadin.NET / Bayraq günümüz haqqında nə düşünürük?

Bayraq günümüz haqqında nə düşünürük?

 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı günüdür

 

Bayraq günümüz haqqında nə düşünürük?
 

 

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Xalqımız hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır. Bu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir”.
Dövlət Bayrağı Meydanının yaradılması Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamı ilə həyata keçirilib. Ölkə başçısı 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur.

 

 

 

 

9 noyabr 2010
GO BACK