Qadin.NET / Noyabr ayı üçün bayram və tarixi günlər

Noyabr ayı üçün bayram və tarixi günlər

 



 

 Beynəlxalq bayramlar və tarixi günlər:

 

 14 noyabr-  Ümümdünya Diabet Günü

14 noyabr-Ümumdünya Dibaet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır.O,1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf etmişdir.14 noyabr bu böyük alimin doğum günüdür.Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.

 

 

 Milli bayramlar və tarixi günlər:

 

 6 noyabr-  Televiziya və Radio İşçiləri günü

12 noyabr-  Konstitusiya Günü

17 noyabr-  Milli Dirçəliş günü

 

Bu bayram və tarixi günlərdən geniş qeyd edilənlər elə milli bayram və tarixi günlərimizdir.

 

1895-ci ildə rus fiziki A.S.Popov radioqəbuledici və radioötürücü icad etmişdir.Avropada isə radionun kəşfi talyan alimi Qulyelmo Markoniyə aid edilir.

Televizorun (yunanca “tele”-uzaqlıq, latınca “vizor”-görmə szölərindəndir) ixtirası isə bir qədər sonraya-XX əsrin 20-30-cu illərinə təsadüf edir.Avropada isə yalnız 50-ci illərdə geniş yayılmağa başladı.

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır.Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır.1926- cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır..O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi.Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı.

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

“Konstitusiya” latın sözü olun –quruluş,təsisat mənasını verir.Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas  qanunlar məcəlləsi belə adlanır.

Müasir dövlətlərin çoxunun konstitusiyası var.Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalar əsaslanır.

İndiyədək qəbul edilmiş Konstitusiyalarımız:

Azərbaycan Xalq Cümhuriyyəti Konsitusiya qəbul etməsə də Milli Şurada qəbul edilmiş İstiqlal Bəyannaməsi onu əvəz edirdi.

Azərbaycan SSR dövründə qəbul edilmiş Konsitusiyualar:

1)1921-ci il, 19 may,

2)1937-ci il, 14 mart,

3)1978-ci il, 21 aprel.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu-Konstitusiyasını qəbul etdi.Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır.Konstitusiyamıza 2 dəfə dəyişiklik edilib-2002ci il, 24 avqust və 2009-cu il, 18 martda.

 

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi bayram edilir.

1988- ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəsdəkləyən bir rejimə qarşı kütəvi xalq hərəkatı məhz 17 noyabrda başlandı.Həmin gün Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

 

31 oktyabr 2010
GO BACK