Qadin.NET / Qaradağlı faciəsi - 17.02.1992

Qaradağlı faciəsi - 17.02.1992

 

         Qarabağ! Bu adı harda eşidirəmsə, ürəyim sızıldayır, dişlərimi sıxıram, göz yaşlarım yanaqlarıma deyil, ürəyimə axır. Bəlkə də dünya xalqları içərisində 20-ci yüzillikdə ən çox soyqırıma məruz qalan xalqıq. 1918-ci ildən bugünə qədər müxtəlif zamanlarda soyqırımlara məruz qalmışıq. Buna sübut olaraq Quba məzarlığını göstərmək olar. Sonra 1937-ci ildə mütəfəkkirlərimiz repressiya qurbanı oldular. Bu, bir xalqı inkişafdan saxlamağın ən gözəl yolu idi. Düşünən beyinlərini ortadan qaldır, xalq özü inkişafdan geri qalacaq. Son olaraq Qarabağ hadisələri... Bu barədə bir az ətraflı yazacam.
          Bildiyimiz kimi,Qarabağ hadisələrində Azərbaycan xalqına qarşı xüsusi amansızlıq göstərilmişdir. Buna bariz sübut olaraq, Xocalı soyqırımını göstərə bilərik. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev bu kadrları lentə almışdır (Allah rəhmət etsin!).

Qaradağlı faciəsi - 17.02.1992

        Amma Qarabağ hadisələri zamanı, həm də Xocalıdan öncə unutduğumuz, bir çoxlarımızın xəbəri olmayan bir soyqırım daha törədilmişdir - 1992-ci il fevral ayının 17-də Qaradağlı faciəsi. Qaradağlı Xocavənd rayonunun kəndidir. Qaradağlı hadisələri eynilə Xocalıda olduğu kimi, erməni silahlı qüvvələri və Rusyiyanın 366-cı alayı tərəfindən törədilmişdir. Bu kəndin hər on sakinindən biri şəhid olub. 104 nəfər kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülüb. Onlardan 80 nəfəri xüsusi amansızlıqla qətlə yetiriliblər. Ümumillikdə Qaradağlı kəndi 118 övladını itirmişdir. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. Kəndin 800 sakini köçkün düşüb.

 

       Hadisə şahidlərini dinlədikcə insanın (əgər bunlara insan demək mümkünsə) nə qədər amansız olduğunu görürsən. Gəlin, hadisələrin canlı şahidlərini dinləyək.
Qaradağlı soyqırımı - I hissə

Qaradağlı soyqırımı - II hissə

17 fevral 2013
GO BACK