Qadin.NET / Təbrizin qədim ölçü vahidləri

Təbrizin qədim ölçü vahidləri

 

Təbrizin qədim ölçü vahidləri

Azərbaycan qədim zamanlardan etibarən üslublu və qanun-qaydalı ölkə olduğuna görə burada hər şey özünə aid çərçivədə və bəlli qydada gedirdi.

 

 Təbriz şəhəri və onun bazarı illərcə Qafqaz-Anadolu-iraq-İran arasında mərkəzi bir nöqtə sayılırdı.Odur ki,həmin ölkələrdə ölçülərin çoxu Təbriz əyarı ilə adlanırdı.Böyük İpək yolu Təbrizdən keçdiyinə görə çoxu sayda tacirləri,alverçiləri özünə cəlb edirdi.

 Təbrizdə indi də qalmaqda olan bazarlar,timçələr,hücrələr,karvansaralar buna canlı şahiddir.Belə inkişaf etmiş bir bazarda ölçülər təbii ki,bir qaydada olmalı idi.Odur ki,xalq tərəfindən yaradılaraq meydana gələn ölçü vahidləri həm çox saylı,həm də həmin günlərin tarixini öyrənmək baxımından çox önəmlidir.Bu ölçülərdən bəzilərinə diqqət yetirək.

  Pul ölçüləri

Altun, əşrəfi, şahı, panabat, qran, rial, tümən, manat, abbası, dinar, xırda, fulus, qara pul, qətmir, quruş, nəqdi  və başqalarını misal göstərmək olar.Qızıldan,gümüşdən və ya bürüncdən düzəldilməsindən asılı olaraq dəyərləri müəyyən edilirdi.(əsasən yerli pullara aid olsa da başqa ölkələrdən gələn qulları da sıralayırdı)

 

Təbrizin qədim ölçü vahidləri


Çəki ölçüləri

Abbas, arx, ətək, əl əyarı, dirəm, ovuc, içib, əlli, batman, baş, bəst, çətvər, çərək, yük, daş, tor, tay, taş, ponza, pəncə, xəlvər, zərrə, noxud, çet, siləmə, səqət, çəki, siyə, qrat, kilo, misqal, girvənkə  və s.Ərzaq məhsullarına və məişətdə işlədilən digər məhsullara (məsələn meyvəyə,çaya,qəndə,düyüyə,odun və kömürə)aid edilirdi.Hər şeyin özünə görə bir ölçüsü olurdu.

Təbrizin qədim ölçü vahidləri

Boy ölçüsü

 Hər boy öz miqyasına görə müəyyən adla adlanırdı.Məsələn-Addım, mənzil, ağac, arşın, açı, gere, qarış, barmaq, İraq, İran, irəli, dönüm, çərək, daş, top  və s.

 

Zaman ölçüsü 

Azərbaycanda əkin və maldarlıq böyük önəm daşıdığına görə bu ölçü daha çox onlara aid edilərdi.Bu ölçülər gündən başqa həftəyə,aya,fəsillərə,illərə da şamil olunurdu.

Alaca qaranlıq,  aralıq, yun qırxımı, yaz ortası, həftəli, ertə, əcarlı, əkin, qurban bayramı, quvuş ayı, cəmilələr, carcarlar, bazar, biçin, bostan pozma, cülovluq, bulama çağı,  bahar, qaş qaralanda  və s.

Təbrizin qədim ölçü vahidləri

 

 

22 oktyabr 2010
GO BACK