Qadin.NET / İslam dünyasının ən böyük mehrabı-Ərk qalası...

İslam dünyasının ən böyük mehrabı-Ərk qalası...

İslam dünyasının ən böyük mehrabı-Ərk qalası...

İslam dünyasının ən böyük mehrabı-Ərk qalası...

İslam dünyasının ən böyük mehrabı-Ərk qalası...

  

Elxanilər dövrü orta əsr Azərbaycan memarlığı və şəhərsalma sənətinin inkişafında ən məhsuldar mərhələ olmuşdur.Bu dövrün memarlıq fonomenlərindən biri vəzir-memar Əlişah Təbrizidir.

 Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Təbrizi zəngin tacir və Elxanilər dövlətinin vəziri olmaqla yanaşı XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur.Onun zəngin yaradıcılıq irsindən Təbrizdə Şənb Qazan və Əlişah Cümə məscidi kompleksləri,Sultaniyyədə saray ansamlı,xeyriyyə kompleksi,cümə məscidi aşkarlanıb tətqiiq edilmişdir.

 Özülü vəzir təyin olunduğu 1311-ci ildə qoyulan və Xacə Tacəddin Əlişahın tikintisinə ömrünün axırlarınacan-1324-cü iləcən başçlılıq etdiyi bu kompleksə cümə məscidi,mədrəsə,türbə,hamam və bazarlar daxil idi.Təbrizin ən böyük məhəlləsinin meydanında-Narmiyan məhəlləsinin Meydanı Köhən-Köhnə meydan adlanan yerində tikilmiş və İslam dünyasının ən iri dini komplesklərindən olmuş bu nadir memarlıq ansamlından Əlişah Cümə məscidinin “Ərk qalası” adı ilə məşhur olan bir bölümü qalmışdır.

 Memarın ilk başlıca məqsədi-Sasanilərin əzəmət simvoluna çevrilmiş və keçilməz sayılan Mədaindəki Xosrov tağını (Taq-i Kəsrani) ölçücə ötmək idi.Buna da nail oldu.Kəsra eyvanının aşırımı  25,65 m olduğu halda Əlişah məscidi tağbəndinin aşırımı 30,15 m olmuşdur.Kəsra eyvanının hümdürlüyü 37 metrdir.Əlişah məscidinin tağbəndinin hündürlüyü 40 metrdən uca imiş.

 Əlişah məscidi hələ tikilib qurtarmamış bütün islam dünyasında məşhur olmuşdur.

Əlişah məscidinin əsasına qoyulan ideya sonrakı inkişafını Türkmənistanda aldı.Dünyanı 2 hökmdar üçün kiçik sayan Əmir Teymurun (1370-1405) tikdirdiyi iri ölçülü komplekslərin-Şəhrsəbzdə Ağsaray,Səmərqənddə Bibi xanım və Türküstan şəhərində xoca Əhməd Yasəvi xatirə-kompleksi kimi məşhur abidələrin ümumi memarlığının ilham qaynağı  Əlişah məscidi olmuşdur.

 Qacar şahzadəsi Abbas Mirzə sonradan burada qorxana-gözətçi yeri tikmişdir.XX əsrdə Təbrizin şəhər qala divarları kimi iç qalası da dağıldıqdan sonra  “Ərk qalası” adı Əlişah məscidinin qalığına keçmişdir.Bəzi qaynaqlarda “Əlişah Ərki” kimi də qeyd edilir.

İndi Ərk qalası Təbrizin simvolu,böyük Elxani dövlətinin paytaxtı olmasının son şahidirir.

24 oktyabr 2010
GO BACK