Bir-birizdən ayrılmayın,amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Ustad Şəhriyar adı ilə tanınmış Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi mərhum Hacı Mirzə ağa Xoşgənabinin oğlu 1906-cı ildə Təbrizdə doğulub.Ancaq uşaqlığının çox hissəsini Xoşgənab yaxınlığındakı Şəngülabadda keçirmişdi.İbtidai təhsilini “Füyüzat” məktəbində aldıqdan sonra o zamanlar “Məhəmmədiyyə” adı ilə tanınmış,indiki “Firdovsi” məktəbində təhsilini davam etdirən Şəhriyar 1920-ci ildə Tehrana gedərək orta təhsilini “Darülfünun” məktəbində başa vurur.1923-cü ildə Tibb məktəbinə daxil olur və 6 il təhsildən sonra bir qıza aşıq olaraq təhsilini yarışçıq buraxır.Bir müddət işsiz dolandıqdan sonra arxiv idarəsində işləməyə başlayır.Daha sonra Neyşapura gedərək 1935-ci ilə kimi orada qalan Şəhriyar sonra yenidən Tehrana qayıdır.1937-ci ildə atasının ölümündən 4 il keçəndən sonra yaxınlarını görmək üçün Təbrizə gəlir.Şəhriyar burada qohumlarını gördükdən sonra yenidən Tehrana qayıdır.1952-ci ildə anası xəstəlikdən vəfat edir.Şəhriyar bu hadisədən çox təsirlənir və “Ey vay,anam! Şerini yazır.Çəkdiyi ruhu sarsıntılar onu 1953-cü ildə yenidən Təbrizə qayıtmağa məcbur edir.Təbrizə gələn Şəhriyar ömrünün sonuna qədər Təbrizi bir daha tərk etmir.
Şəhriyarın həyatında baş verən ən mühüm hadisələr:
1906-cı il sentyabr ayında anadan olub.
1914-cü ildə Xoşgənabın “Qeyişqurşaq” kəndinə köçür və “Quran” və Hafizin divanı ilə tanış olur.
1915- ci ildə ilk şerini yazır.
1920-ci ilin fevral ayında Tehrana gedir.
1921-ci ildə Darülfünun məktəbinə daxil olur.
1923-cü ildə təhsilini bitirir və daha sonra Tibb məktəbinə daxil olur.
1926- cı ildə ilk şer toplumunu « Allahın səsi »adı altında çap etdirir.
1927- ci ildə « Ruh və pərvanə » məsnəvisini çap etdirir.
Daha sonra təhsilini yarımçıq buraxır və « Kitabça » əsərini çap etdirir.Həmin ildə işə düzəlir.
1932-ci ilin may ayında Neyşapura gedir və buranın qeydiyyat idarəsində ayda 32 tümən maaşla işə başlayır.Təhsilini davam etdirir və əczaçı ixtisası üzrə təhsil almağa başlayır.
1933- cü ildə vəkil olan atası vəfat edir.
1935- ci ildə yenidən Tehrana qayıdır.
1940-cı ildə təkliyə çəkilir.Bir neçə şer yazır,dalbadal sonu olmayan eşqlərlə günlərini keçirir.
1951-ci ildə anası Kökəb xanım vəfat edir və Qumda dəfn edilir.Şəhriyar birdəfəlik Təbrizə qayıdır.Burada « Heydərbabaya salam » poemasının I hissəsini çap etdirir.
1952- ci ilin avqust ayında Əzizə xanım adlı bir müəllimə ilə ailə qurur.Kənd təsərrüfatı bankının köməkliyi ilə Ərk qalasının yanında Çuxurlar küçəsində ev alır.Həmin ildən etibarən radio ilə əməkdaşlığa başlayır.
1966- cı ildə Xoşgənaba gedir, « Heydərbabaya salam »ın ikinci hissəsini yazır.
1967- ci ildə Təbrizə qayıdaraq yenidən təkliyə qapılır.
1976-cı ildə « Heydərbabaya salam » poeması bir neçə xarici dilə tərcümə edilir.
1982- ci ildə « Təlaş » nəşriyyatı ustadın türk dilindəki şerlərini nəşr edir.Bu nəşrdən Şəhriyara bir qran da pul vermir..
1988- cü ilinin avqustunda müalicə almaq üçün Tehranın Mehr xəstəxanasına aparılır.Sentyabr ayının 17-də səhər saat 06.45 dəqiqədə Mehr xəstəxanasının 513-cü otağında ürək xəstəliyindən 82 yaşında vəfat edir.O,Məqbərətül-Şüərada böyük şairlərin-Tusi və Xaqaninin yanında dəfn olunur.
Allah Ruhunu şad etsin !