Culfa rayonu Naxçıvan Muxtar Respublikasının tərkibində olan 7 rayondan biridir. Culfa rayonunun inzibati mərkəzi Culfa şəhəridir. Sahəsi 995 kv.km, əhalisi 39.100 nəfərdir.
Culfa rayonu şimaldan Zəngəzur dağları ilə əhatə olunur, şərqdən Ordubad rayonu, qərbdən Şahbuz və Babək rayonları ilə qonşudur. Rayonun Cənub ətəklərini Araz çayının suları yuyur və eyni zamanda cənubdan İranla həmsərhəddir.
Rayonun tarixi olduqca qədimdir. Rayonun mərkəzi olan Culfa şəhərinin yaxınlığındakı Gülüstan kəndində olan XIII əsrdən qalmış və tarixdə adı çəkilən Gülüstan türbəsi buna bariz nümunədir.
Culfa rayonu İranla sərhəd olduğundan Naxçıvan Muxtar Respublikasında iri gömrük məntəqələrindən biri Culfa rayon Gömrük idarəsi məhz buradadır.
Bakıdan maşın yolu ilə Naxçıvana gəldikdə bizi ilk olaraq qarşılayan məhz Culfa torpağıdır.
Azərbaycan tarixində adını tez-tez eşitdiyimiz məşhur Əlincə qalası da Culfa rayonundadır.
Rayon öz mineral su mənbəsi olan Darıdağ arsenli mineral suyu ilə məşhurdur. Bu müalicəvi su təkcə Respublikamızda deyil, kənarda da məşhurdur. Hər il buraya qonşu Türkiyə və İrandan müalicə məqsədi ilə çoxlu insan gəlir.
Ölkəmizin digər rayon və şəhərləri kimi Culfa rayonunun mərkəzi olan Culfa şəhəri son illərdə olduqca dəyişilib, quruculuq meydanına çevrilib. Son illərdə şəhərdə demək olar ki, köhədən qalmış idarə və müəssisə, məktəb, yol qalmayıb. Culfa şəhərində 3 orta məktəb, 1 uşaq bağçası, 1 musiqi məktəbi, 1 şahmat məktəbi, idman məktəbi, uşaq və gənclər yaradıcılıq məktəbi fəaliyyət göstərir.
İlanlı dağ
İlanlı dağın Ərəzin kəndindən çəkilmiş görüntüsü.
Culfa şəhər 3 saylı orta məktəbi
Culfa rayonu Xanəgah kəndi, Nəiminin qəbri