Yadımdadır, qapı qonşumuz olan Zəminə ana var idi. Tək yaşadığından anam mənə ona tez-tez baş çəkməyimi tapşırardı. Mən də gedib onun əl-üz yuyanına su tökər, ev-eşiyini yığışdırardım. Bir gün yenə ona baş çəkməyə getdim. Yaman qanı qara idi arvadın. Dinməz-söyləməz həmişəki kimi əl-üz yuyanına su tökmək istəyəndə dolu olduğunu gördüm.
-Zəminə ana bəs bu doludur ki.
-Qızım, eybi yox, sən onu boşalt, təzədən su tök, qoy üstündən su axsın, salavat verəcəyəm.
Donub qalsam da yenə bir söz söruşmadım, dediklərinə əməl etdim və evi yığışdırmağa başladım. Amma boş saxladığı otağın qapısını açanda, stolun üstündəki kitablar, pal-paltarlar diqqətimi çəkdi.
-Zəminə ana, kirayənişin gəlib hə, deyəsən?- soruşdum.
Arvad üz -gözünü turşudaraq:
-Hə, qızım, gəlib.Amma heç ürəyimdən deyil.Elə bilirəm gəzdikcə hər yeri murdarlayır, səhər əl-üz yuyana da o su tökmüşdü.Mən də, qızım, namaz qılan arvadam, gördükcə əsəbləşirəm.
-Necə yəni, rusdur? - soruşdum, çünki, ruslardan da iyrəndiyini eşitmişdim.
-Yox, ay bala, rus olsaydı nə vardı, bu lap gözü çıxmış ermənidir.
Sözün düzü, lap çaşıb qalmışdım, arvad niyə belə deyirdi görəsən? Niyə gözü çıxmış erməni? Erməni neyləmişdi görəsən? Səssizcə bu sualları öz-özümə verərkən Zəminə ana məni sualların əlindən qurtardı.
-Ay qızım, bu ermənilərin adı gələndə Şamaxıda yerlə yeksan olmuş əslim, nəslim gəlir gözümün önünə. Viran qalmış kəndim, babamın, qohumlarımın vəhşicəsinə öldürülmlüş cəsədləri gəlir gözüm önünə. Yaşım o vaxtlar az olsa da yadımda qalıb hər şey. Onlar bizi, Azərbaycan millətini yer üzündən silmək istəyib həmişə, onlar heç vaxt bizi sevməyiblər.
-Zəminə ana, bəs niyə evini verdin kirayə, bəhanəylə uzaqlaşdıraydın.
- Adı müsəlman adı idi. Ona görə də bilməmişəm, amma axşam söhbət zamanı təsadüfən öyrəndim ki, atası erməni imiş.
Bu söhbətdən sonra, bir-iki gün arvad dözmüş, sonra bəhanə ilə erməni oğlanı evindən çıxartmışdı. Amma unuda bilmirdim bu söhbəti, elə hey beynimi qurcalayırdı. Nə üçün dərsliklərdə yox idi bu hadisələr. Qərara almışdım ki, tarıx müəllimimdən soruşum bu haqda.
- Belə suallara cavab vermək çətindir qızım, çünki, bu bir növ millətpərəstlik olar. Biz isə hər milləti sevirik. Bir də bu barədə heç kimdən söz soruşma. - deyərək, müəllim mənə bu cavabı verdi... Əlbəttə ki, o vaxtlar bizim bir şuarımız ola bilərdi,
Lenin baba yolunda
Qırmızı bayraq əlimdə!
Və yaxud,
Çalışırıq, vuruşuruq, Lenin baba sağ olsun!
Yalnız belə unutdura bilərdilər bizə tarixi keçmişimizi. Yaxamızda komsomol nişanı, boynumuzda pioner qalstuku ilə tanıyırdıq vətənimizi, beləcə sevirdik başqa millətləri. Daha heç bir artıq-əskik söhbət ola bilməzdi, əks halda hər kəs başına nə gələcəyindən xəbərdar idi. Bu bizə repressiya qurbanlarından, sürgünlərindən məlum idi.
Zəminə ananın ermənilərin vəhşiliyi haqqında danışdığı o gündən iki il ötmüşdü. 1988-ci il idi, atam bir gün işdən təlaşla qayıtdı. Üzündəki o narahat ifadə hələ də gözlərim önündədir.
-Ermənilər ayağa qalxıb, Azərbaycanlıları daş-qalaq edirlər, öz millətimizi, öz torpaqlarımızdan qovmaq istəyirlər.
Belə getsə müharibə olacaq-dedi.
Zəminə ananın dedikləri düşdü yadıma: "Ermənilər heç vaxt bizi sevməyiblər". Bəs nə üçün bütün bunları bizə unutdurub, danışmağı qadağan ediblər? Görəsən biz də onlara nifrət etsəydik, bu hadisələr təkrarlanardımı? Ən çox da məni maraqlandıran bir sual da bu idi "görəsən ermənilər haqqında sual verdiyim o müəllim indi nə düşünür?"
Əlbətdə ki, bütün yaşıdlarım kimi böyüdükcə, Azərbaycanda törədilən qanlı hadisələrə şahid olduqca, hər sualın cavabı yavaş-yavaş açılırdı. Zəminə ana kimi qəlbində ermənilərə qarşı kini olan bəlkə də minlərlə yaşıdları var idi. Lakin susmağa məcbur qalmışdılar onlar da. Bəlkə də sülh sevər xalq olduğumuz üçün və ya qorxduğumuz üçün, bilmirəm...
Amma bircə onu bilirdim ki, hər dəfə müstəqillik əldə etmək istədikdə ermənilər də fürsəti əldən verməyiblər. İmperiya ordusuna qoşularaq bizi daha da əzməyə çalışıblar.
Ermənilər ana bətnində olanda, onlara nifrət etməyi öyrədirlər. Bunu özləri də inkar etmir.
Hətta A.S.Puşkinin bir məhşur sözü düşür yadıma:
"Sən qorxaqsan, sən qulsan, sən ermənisən!"
Biz isə sevməyi öyrənirik. Çünki, biz belə millətik. Sülhsevər, qonaqpərvər xalqıq. Lakin bu dəfə unutmaq və unutdurmaq haqqımız deyil, bunu uşaqlarımıza da aşılamalıyıq.
Çünki, şəhidllərin qanı bahasına öz müstəqilliyini qazanmış Azərbaycan milləti öz düşmənini unutmamalıdır!
Allah şəhidlərimizə rəhmət eləsin!