Bu fikirlərlə başı qarışan Babək karvanda başlayan ümumi canlanmanı sezməmişdi. Canlanma üfiqdə çatacaqları mənzilin görünməsi ilə baglı idi. Hər bir kəs Xilafətin bu əzəmətli paytaxtına tez yetişməyə çalışırdı. Kimini ailəsi, kimini alacağı xələt, kimini isə ölüm səbirsizliklə Samirə şəhərində gözləyirdi.
Samirə Xilafətin gənc şəhərlərindən biri idi. Lakin gənc olmasına baxmayaraq salındığı gündən sürətlə böyümüş, Xilafətin siyasət, elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhərin lap mərkəzində xəlifənin iqamətgahı yerləşirdi. Gözəl memarlıq üslubunda tikilmiş saray uzaqdan göz oxşayırdı. Sarayı Mavərənnəhrdən xəlifə tərəfindən dəvət edilmiş memarlar inşa etmişdilər. Saray nə qədər gözəl olsa da çoxdan idi ki, nə xəlifə, nə də digər saray əhli bu gözəllikdən lazımınca istifadə edə bilmirdilər. Səbəb 20 ildən bəri Xilafətin şimal vilayətlərini bürüyən, xilafəti kökündən sarsıdan azadlıq hərəkatı idi. Lakin bir neçə həftə əvvəl çatlamaq dərəcəsində olan atla paxtaxta çatan, bütün üzü Günəşin istisindən çat-çat olan çapar xəlifənin qulağına şanlı sərkərdə Afşin Heydər ibn Kavusun göndərdiyi xəbəri pıçıldayanda bu saray sanki toy-bayram evinə çevrilmişdi. Elə o vaxtdan hər gün sarayda məclislər təşkil edilir, müxtəlif musiqilər ifa edilir, rəqqasələr rəqs edir, bir sözlə heç bir saray sakininin eyş-işrətdən başı açılmırdı. Indi də karvanın yaxınlaşdığını eşidən hər kəs, həm saray əhli, həm də elə bütün şəhər əhli bütün işlərini ataraq sarayın qarşısındakı böyük meydana toplaşırdılar. Hamı, ələlxüs də xəlifə özü xilafəti bu vaxta qədər qorxu içində saxlayan, xilafətin təməlini sarsıdan şəxsi görməyə tələsirdi.
Şəhərə daxil olan karvan aram-aram şəhər mərkəzinə doğru irəliləyirdi. Meydana yaxınlaşdıqca insanların sıxlığı artır, hərəkət etmək çətinləşirdi. Nəhayət karvan meydanın saray qarşısında olan hissəsinə çatdı. Sarvanlar tələsmədən dəvələri oturtdular. Hamının nəzəri qolları qançır olmuş, paltarının altından bədənində bir neçə yara olduğu görünən, əsir və qolubağlı olmasına baxmayaraq başını dik tutmuş, ətrafındakıların gözünə baxmaqdan çəkinməyən Babəkdə idi. Meydandakıların hər biri yanındakı ilə pıçıldaşaraq əsir Babəki və ona qalib gələn şanlı Afşinə işarə edirdilər. Sürətli addımlarla saraydan çıxan xəlifəni görən meydan əhlinin sanki üzərizə su töküldü. Xəlifə yan-yana duran iki böyük türk oğluna yaxınlaşdı. Afşinə yaxınlaşan xəlifə əlini onun çiyninə qoydu, qəzəb, maraq və heyrət dolu nəzərlərlə Babəki süzdü və əvvəlkindən də sürətli addımlarla bir qədər aralıda onun üçün qoyulmuş taxta yaxınlaşdı. Oturaraq ətrafına baxdı, hər kəsi bir-bir nəzərdən keçirərək Babəkin üstündə dayandı. Gözlərindəki hiyləgər təbəssümlə qışqırdı:
в”ЂHanı Mirzə Qəribi? Çağırın gəlsin.
Xəlifədən sağda və solda olan saray əhli narahat formada pıçıldaşmağa başladılar və irəli keçməyə çalışan Mirzəyə yol verdilər. Irəli keçən kiçik boylu ağsaqqal şəxs ilk öncə Babəkə yaxınlaşdı, diqqətlə onu başdan-ayağa süzdü, sonra dönərək xəlifəya tərəf getdi və başı ilə yüngül təzim etdi. Onun hərəkətlərinə diqqət kəsilən xəlifə Mirzə Qəribinin yaşarmış gözlərinə işarə edərək soruşdu:
в”ЂMirzə, nə məsələdir? Gözlərin dolub ki...
в”ЂQocalıqdandır xəlifə sağ olsun, bütün vaxtımı yarımqaranlıq otaqda keçirirəm, açıq havaya çıxanda isə gözlərim nəmlənir.в”Ђdeyə Mirzə Qəribi cavab verdi. Mirzənin sözlərindən xəlifənin dodaqlarına təbəssüm qondu. Keçən 20 il ərzində Babəkin apardığı müharibəni bütün incəliklərinə qədər qeyd edən Mirzə Qəribi həmişə Babəkin şəxsiyyətinə və onun apardığı milli azadlıq müharibəsinə rəğbətlə yanaşmışdı. Ancaq buna baxmayaraq xəlifə Mirzəni özünün də bilmədiyi səbəbə görə çox istəyirdi. Nəzərlərini yenidən Babəkə çevirən xəlifənin dodaqlarındakı təbəssüm dondu. Taxtdan dik qalxaraq çığırdı:
в”ЂMirzə, 20 il ərzində yazdıqlarının tamamını qeyd et! Sabah Gün doğanda bu iblis edam ediləcək. Əvvəlcə sağ qolu dirsəkdən üç barmaq aşağı, sonra sol qolu biləkdən bir qarış yuxarı, sağ ayağı dizdən beş barmaq aşağı, sol ayağı topuqdan bir qarış yuxarı kəsiləcək, axırda isə bu mənfur başı vurulacaq! Bununla da sənin kitabın qurtaracaq Mirzə!
Bunları dedikdən sonra xəlifə heç kimə baxmadan gəldiyi sürətlədə saraya qayıtdı. Xəlifənin saraya getməsi sanki meydandakıları canlandırdı, hər kəs yenidən yaxınlıqdakı yoldaşı ilə pıçıldaşmağa başladı. Afşin sarayın pillələri ilə yuxarı qalxaraq Mirzə Qəribiyə çatdı və ehtiramla ona təzim etdi. Daha sonra əyanlardan birinə yaxınlaşdı, Bəbəkə işarə edərək ona nə isə söylədi. Həmin şəxs gözdən itdi və az müddət keçmiş iki gənc əskərlə Babəkə yaxınlaşdı, əskərlər Babəkin qolundan yapışaraq əmrində olduqları əyanın arxasınca addımladılar. Bu əyan zindanbaşı, əskərlər isə zindanın tabeliyindəki qulamlar idilər.
Zindan sarayın zirzəmisində yerləşirdi. Zirzəmiyə daxil olduqda zindanın rütubətli va sərin havası Babəkin həftələrdən bəri səhranın qızmar günəşi altında yanıb közə dönmüş dərisini oxşadı. Zindan çoxlu sayda koğuşlardan ibarət idi və bunların bir çoxundan inilti-şikayət səsi gəlirdi. Əskərlər əsiri zindanbaşının işarə etdiyi koğuşa saldılar, koğuşun qapısı önündə duran zindanbaşı qolubağlı qəhrəmanı başdan ayağa süzdü, dərindən ah çəkib əmrə müntəzir əskərlərə Babəkin qollarını açmağı əmr edərək koğuşdan çıxdı. Əmrdən bir qədər çaşmış əskərlər yarı qorxu, yarı ehtiyatla Babəkin qollarını açdılar. Yenidən koğuşa qayıdan zindanbaşı özü ilə gətirdiyi suyu Babəkə uzatdı. Təklifdən Babəkin bədəninin bütün əzaları hərəkətə gəldi, amma özünü o yerə qoymadan başı ilə imtina etdi. Babəkin beynində yaranmış olan fikri başa düşən zindanbaşı su gətirdiyi qabı dodaqlarına yaxınlaşdıraraq bir qədər içdi və suyu yenidən Babəkə uzadaraq Babəkə çox doğma türk dilində dedi:
в”ЂAtam oğlu, əmin ol, ölümü layiqincə qarşılayacaqsan.в”Ђdaha sonra əskərlərə tərəf çevrilərək onlara azad olduqlarını bildirdi. Babək sudan bir qədər içərək qabı zindanbaşıya qaytardı və ona təşəkkür etdi. Zindanbaşı qabı Babəkdən alaraq bir daha ona diqqətlə baxdı.
в”ЂAdım Qarabudaqdır, burda doğulmuşam, amma atam Xarəzm tərəfdən gətirilmiş qulam olub, sənin bildiyin-sənin kimi türk oğlu türkəm! Adına layiq ol, adımıza layiq öl, əlvida qardaşım. в”Ђdeyərək adının Qarabudaq olduğu bilinən zindanbaşı dərindən ah çəkdi, Babəki düşüncələri ilə baş-başa qoyaraq oranı tərk etdi.
Səhər, dan yeri hələ yenicə sökülməyə başlayanda Babəki edam kürsüsünə gətirdilər.hamının düşmən deyə tanıdığı bu xalq qəhrəmanı həmişəkindən daha qətiyyətli, daha vüqarlı, daha güclü görünürdü. Babəkin qollarına və damarına güc və əzəmət verən, ölümü kişi qeyrəti və əsl türk oğlu türk kimi salamlamağa ruhlandıran xalqının, torpağının, Ana Vətəninin xoş sabahına, işıqlı gələcəyinə olan sarsılmaz ÜMİDİ idi!