Qadin.NET / Şamaxı rayonu

Şamaxı rayonu

Azərbaycanımızın öz füsunkar və ecazkar təbiəti ilə seçilən diyarlarından biri də Şirvanın özəyi sayılan Şamaxı rayonudur.Qədim tarixə malik olan Şamaxı Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində yerləşir.Rayonun özünəməxsus təbiəti,mülayim iqlimi,mineral bulaqları ona xüsusi gözəllik verir.Bu diyar yayda da, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonunun ərazisindədir. Qaraçay, Vələvliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.

 

 

Şamaxı rayonu

Şamaxı rayonu

Şamaxı rayonu

Şamaxı rayonu

 


Uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı zaman-zaman basqınlara və təbii fəlakətlərə məruz qalmışdır.Lakin şamaxılılar hər dəfə bu şəhəri xarabalıqlar və küllüklər içindən dirçəltmək üçün özlərində qüvvə tapırdılar. 

İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində “Samaxeya” və “Kemaxeya” kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.

Şamaxı rayonu həm də qədim tarixi yerləri ilə məşhurdur. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir:

CÜMƏ MƏSCİDİ (VIII-X əsrlər); PİRMƏRDƏKAN türbəsi (XIII-XIV əsrlər); ŞAHXƏNDAN türbəsi (XVII əsr); 7 türbədən ibarət olan YEDDİ GÜMBƏZ KOMPLEKSİ (XVIII əsr); Əfsanəvi QALAYİ-BUQURT qalasının qalıqları (XII-XVI əsrlər); eyni adlı dağ kəndinin yaxınlığında yerləşən bu qala sanki sal qayaya yapışmışdır. GÜLÜSTAN qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf etmişdir.

PİRQULU qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səthindən 1400 metr yüksəklikdədir.Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan teleskopla təchiz edilmişdir. Pirquluda qışda dağ-xizək idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzəntiyə çıxmaq mümkündür.

 

 

Şamaxı rayonu

Şamaxı rayonu

 


 


 

Bu gün Azərbaycan xalqının fəxri olan Ə.Xəqani, İ.Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.M.Qənizadə, C.Cəbrayılbəyli, Ömər İbn Kafiyəddin, Hacı Zeynalabdin Şirvani, Qasımbəy Hacıbababəyov, Zivərbəy Əhmədbəyov və başqaları Azərbaycan mədəniyyətinə böyük incilər bəxş etmişlər. Görkəmli elm xadimlərindən olan Məmmədağa Şirəliyev, Məmmədağa Qəniyev, Ağasəməd Əlizadə, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Musa Əliyev, Saleh Rüstəmov, İbrahim Səfərov, Əbdülhab Salamzadə, Sədi İmanov,Fərhad İbrahimov, Əbdülvahab Həsənov, Əzizə Cəfərzadə, Əlövsət Abdullayev, Nurəddin Mikayılov, Aləm Nuriyev, və başqaları Şamaxının yetirmələridir.

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 noyabr 2011
GO BACK