Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirmişdir.
İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır.
Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.
İnsanlar olubdu dünyada bir vaxt,
Kimidən ad qalıb, kimidən əsər.
Dibçəkdə bəslənən palıdlara yox,
Çöldə ağaclara meşə deyiblər.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.
Yox, yox məhəbbətə plan qoyulmur -
Kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət hardasa istehsal olmur, -
Üstündə keyfiyyət nişanı olsun...
Bəli, sənətin, şeirin, bədii sözün belə hikmətləri var və xoşbəxtdir o şair ki, yazdıqlarının hamısında olmasa da, əksəriyyətində biz bu işığı görək...
Nəriman Həsənzadə bu cür şairlərdəndi. Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq və mülayim rəftar edir.
Dərdliyə dərd desən,
susub o dinlər,
Özü həmrəy olar
birtəhər sənə.
Dərdsizə dərd desən,
gülüb lağ eylər,
dərs verib
həyatı öyrədər sənə.
Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır. Hər misrasında duyulacaq, yaşanacaq hisslər olan bu şair sevilməyə bilməz. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.
***
Mən bilirəm xatirinə dəyiblər,
Unut mənim xatirimə gəl bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
Evə gəldin, danış bir az, gül bir az.
***
Dedim mən sevirəm, dedi, sevginən,
dedim qoşa gəzək, dedi təsəlmə.
Dedim bağ içidi, dedi seyr elə,
Dedim bir gül üzək, dedi tələsmə.
***
Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik,
Sənə necə gəlir...onu bilmirəm.
***
Yenə də gözlərim gözündə qalıb,
Gördüyün mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.
***
Bəlkə məhəbbətin hökmü belədir,
Incidin arabir, küsdün arabir.
Bildin ki, sədaqət ürəyimdədir,
Qayıtdın yenə sən yox deyə-deyə.
***
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm,
onu da, bunu da sən bağışladın,
Dünyanı dünyada sən bağışladın...
***
Beləcə, yellərə verdim illəri,
aylara,illərə verdim illəri.
Mən vaxtı itirdim səndən ötəri,
mən səni itirdim vaxtdan ötəri.
İtirə-itirə pozuldu nəşəm,
özüm itirmişəm...
heç bilməmişəm.
Bu bəndlərdən çox əlavə etmək olar, hamısı bir mahnını bəzəyən sözlərdi bunlar. Nəriman dünyasından, Nəriman qələmindən süzülüb musiqi dilində daha da canlanan sözlər...
Bu gün doğum günündür, sevimli şairimiz Nəriman Həsənzadə! Sizi Qadın. Net saytı adından ürəkdən təbrik edirik! Uzun və sağlam bir ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq. Siz neçə könüllərin sarı simini oyadacaq poeziya dünyanızı bizimlə bölüşmüsünüz, bunun üçün Sizə çox minnətdarıq.
Nəriman Həsənzadə poeziyasını sevənlər üçün onun öz səsiylə “Deyirlər tanış ol” şeirini və gözəl müğənnimiz Flora Kərimovanın ifasında şairin sözlərinə bəstələnmiş "Fikir eləmə" mahnısını dinləmək hamımız üçün xoş olar. Buyurun...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ - MÖHTƏŞƏM SAДћLAMLIQ RESEPTİ
Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO
Azərbaycanlı mayor 27 ildən sonra doğulduğu Cəbrayılda
Qırmızı lobya salatı (foto resept)
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
Daşların şəfalı gücü
Beynəlxalq Festivalda Mehriban Əliyevanın təbrik məktubu oxunub
Əfv olunanların siyahısı
Azərbaycanda "JEK"lər ləğv olunacaq
Yaponlar bu dəfə də heyrətləndirdi
İnterpol dünyanın 115 ölkəsində əməliyyat keçirdi
Məftunedici və şık
Bayramda hava necə olacaq?
Göbələkli dolma resepti (foto resept)
Bu yardım rekordlar kitabına düşdü
Kəsmikli, limonlu qurabiyə (foto resept)
Ayaq ağrısı üçün məşqlər
Bananlı bişməyən çizkek (foto-resept)
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır
Azərbaycana ilk qar yağdı -FOTO
Mingəçevir sakinlərinə şad xəbər
Azərbaycana yaz gəldi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Tanınmış müğənninin gitarası 495 minə satıldı
Azad Universitetin kitabxanası
Gözəl imic
Körpələrdə burun tutulması
5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR
Yuxular və yuxuyozmalar (2)
Rusiya-Almaniya teleskopu kosmosda heyrətamiz bir struktur tapıb
Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi
Sabriye hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Təmiz qolu kirli əl batırdı
Beyindən düzgün istifadə
Daha bir ulduz Bakıya gəldi - FOTO
Üz dərisinə qulluq
Bakıda yeni yol nişanları və yeni qadağalar
"Yer kürə deyil" dedi, raketə minib uçdu - FOTO
Çanta modelləri
Yayda aldığınız artıq çəkidən xilas olmaq üçün ...
Ukrayna ordusu 2 şəhəri separatçılardan təmizlədi
Ataların qızlarına öyrədəcəyi dərslər
Ən sürətli internet haradadır?
Qulaq xəstəlikləri
Kraliça astarı üzünə çevrilmiş paltar geydi
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Ağciyərdə ləkə yaranmasının səbəbləri
Obama tarixə düşdü
- ŞƏRHLƏR