Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirmişdir.
İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır.
Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.
İnsanlar olubdu dünyada bir vaxt,
Kimidən ad qalıb, kimidən əsər.
Dibçəkdə bəslənən palıdlara yox,
Çöldə ağaclara meşə deyiblər.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.
Yox, yox məhəbbətə plan qoyulmur -
Kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət hardasa istehsal olmur, -
Üstündə keyfiyyət nişanı olsun...
Bəli, sənətin, şeirin, bədii sözün belə hikmətləri var və xoşbəxtdir o şair ki, yazdıqlarının hamısında olmasa da, əksəriyyətində biz bu işığı görək...
Nəriman Həsənzadə bu cür şairlərdəndi. Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq və mülayim rəftar edir.
Dərdliyə dərd desən,
susub o dinlər,
Özü həmrəy olar
birtəhər sənə.
Dərdsizə dərd desən,
gülüb lağ eylər,
dərs verib
həyatı öyrədər sənə.
Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır. Hər misrasında duyulacaq, yaşanacaq hisslər olan bu şair sevilməyə bilməz. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.
***
Mən bilirəm xatirinə dəyiblər,
Unut mənim xatirimə gəl bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
Evə gəldin, danış bir az, gül bir az.
***
Dedim mən sevirəm, dedi, sevginən,
dedim qoşa gəzək, dedi təsəlmə.
Dedim bağ içidi, dedi seyr elə,
Dedim bir gül üzək, dedi tələsmə.
***
Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik,
Sənə necə gəlir...onu bilmirəm.
***
Yenə də gözlərim gözündə qalıb,
Gördüyün mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.
***
Bəlkə məhəbbətin hökmü belədir,
Incidin arabir, küsdün arabir.
Bildin ki, sədaqət ürəyimdədir,
Qayıtdın yenə sən yox deyə-deyə.
***
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm,
onu da, bunu da sən bağışladın,
Dünyanı dünyada sən bağışladın...
***
Beləcə, yellərə verdim illəri,
aylara,illərə verdim illəri.
Mən vaxtı itirdim səndən ötəri,
mən səni itirdim vaxtdan ötəri.
İtirə-itirə pozuldu nəşəm,
özüm itirmişəm...
heç bilməmişəm.
Bu bəndlərdən çox əlavə etmək olar, hamısı bir mahnını bəzəyən sözlərdi bunlar. Nəriman dünyasından, Nəriman qələmindən süzülüb musiqi dilində daha da canlanan sözlər...
Bu gün doğum günündür, sevimli şairimiz Nəriman Həsənzadə! Sizi Qadın. Net saytı adından ürəkdən təbrik edirik! Uzun və sağlam bir ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq. Siz neçə könüllərin sarı simini oyadacaq poeziya dünyanızı bizimlə bölüşmüsünüz, bunun üçün Sizə çox minnətdarıq.
Nəriman Həsənzadə poeziyasını sevənlər üçün onun öz səsiylə “Deyirlər tanış ol” şeirini və gözəl müğənnimiz Flora Kərimovanın ifasında şairin sözlərinə bəstələnmiş "Fikir eləmə" mahnısını dinləmək hamımız üçün xoş olar. Buyurun...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Keçədən kuklalar (özün düzəlt)
Hamiləliyin əvvəlində yorğunluq hissi
Səmadan şokolad yağdı
Soğan qabığının inanılmaz faydaları
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
Asan qəlyanaltı (foto resept)
Qısa saçlar üçün hörük modelləri
Çağatay Ulusoy reklam təklifini rədd etdi-SƏBƏB
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Dırnaqlara qulluq
Bu günün hava proqnozu-01.11.2013
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Məzuniyyəti harada keçirməli?
Lampalarda yeni il simvolları
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu
Süfrə nizamı necə olmalıdır?
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Noxudlu bisküvit (foto resept)
Körpənin duyğuları nə vaxt inkişaf edər
Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO
Hədiyyə qablarından özünə don tikdi
Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!
İnsan ölüm yatağında bunlara peşman olur
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
Noutbuk satışları artacaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb
Başlayan doğuşun əlamətləri
Hande Ataizi ərə gedir-FOTO
Neft ucuzlaşdı
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Diqqət! Təhlükə var
Demi Murun narkotik asılılığı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bu da 10 milyonuncu uşağın FOTOSU
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Müəllimin verdiyi cəza şagirdi öldürdü
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR