Azərbaycan bölünməzdir Göyçə mahalı da Qərbi Azərbaycandir gəlin oğurlanmış torpaqlarımızı unutmayaq və ümid edək ki, nə vaxtsa yenə o torpaqlara qayıdacağıq
,Mən sizi doğma kəndimin keçmişi ilə tanış etmək istəyirəm.
Ağkilsə kəndinin yaranma tarixi XVI əsrin əvvəlinə (1610) təsadüf edir. Kəndin himi Cənubi Arərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaşlar tərəfindən salınmışdır. Qardaşlar Göyçə mahalının ozan (aşıq) məktəbinin banilərindən biri olan Aşıq Ələsgərin təmsil etdiyi Alməmmədlilər tayfasının sakinləri ilə xala oğludurlar. Məşədi Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzun müddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə, Göyçə mahalına gələrək, indiki Ağkilsə kəndində III-V əsrlərdə yaşamış Alban Türklərinin tarixindən bəhs edən Ağkilsəni özlərinə yaşayış yeri seçərək orda məskunlaşıb yaşamışlar. Kəndin ilk adının Ağkilsə adlandırılması da oradan yaranmışdır. Kəndin himini salan Məşədi Xavərlilər tayfasından dörd qardaşdan biri Xavəroğlu Məhəmməd Ağkilsə kəndindən Dərəçiçək (Razdan) rayonunun Təkəlik kəndinə köçərək orada məskan salmışdır. Kənd rayon mərkəzindən 12 km şərq tərəfdə düzənlikdə yerləşmişdir. Kənd şərq tərəfdən Zərzibil kəndi ilə 2 km, qərb tərəfdən Nərimanlı kəndi ilə 5 km, şimal tərəfdən Zod kəndi ilə 2 km, cənub təfərdən isə Qaraqoyunlu kəndi ilə 4 km həmsərhəddir. Kəndin eni 0.5 km, uzunluğu isə 1.5 km-dir. Kəndin 1521 hektar torpağı olmuşdur. Ondan 525 hektarı əkənək, 996 hektarı isə Çalmalı yayalağı ilə birlikdə biçənək və otaraq sahələridir. Kəndin yarandığı ilk gündən 1988-ci ilin dekabırına qədər iki dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1935-ci ilin yanvarın 3-nə qədər Ağkilsə, ikici adı isə 1988-ci ilin dekabrına qədər Azad olmuşdur. Azad sözünün mənası isə azad, şad və firavan deməkdir. Bu ad erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində qoyulmuşdur. Kədin ərazisində adları Türk toponimlərdən ibarət çox gəzməli və mənzərəli qədim yurd yerləri vardır. Onlardan kəndin şimal tərəfində 2 km məsafədə yerləşən, Qaraqoyunlu kəndinin ərazisi olan Hüsən çayına 100 m qalmış “Ocaq daşı”, kəndin yenə şimal tərəfində yerləşən Axund təpəsinin sol tərəfindəki “Bəzirxana”, kəndin mərkəzindəki “Dədə Ələsgər”-in qəbir üstü abidəsi və XIX əsrin sonlarında kəndin Hacılar tayfasının sakinləri tərəfindən tikilmiş məscid dini, kəndin mərkəzindəki tarixi III-V əsrlərə təsadüf edən Alban Türklərinin 1254-cü ilə qədər yaşamasından bəhs edən, 1254-cü ildə Türk xeyriyyəçisi Əhməd Xoca tərəfindən təmir olunan və balaca giriş qapısının üstündəki daş kitabənin üzərində “Qrabar” əlifbası ilə yazı olan Alban kilsəsi isə tarixi abidədir. Həmin kitabədə yazılan yazının oxunması çox çətin olduğu üçün erməni daşnaqları kilsəni özlərinə aid edirdilər. Bu məsələni atdınlaşdırmaq üçün 1958-ci ildə Basarkeçərə rayon XDS. İK-nin sədri vəzifəsində işləyən kənd sakini Göyçə mahalının tanınmış və qeyrətli oğullarından biri el ağsaqqalı Məmmədov Bilal Xəlil oğlu kilsənin tarixini erməni daşnaqları tərəfindən saxtalaşdırıldığını görüb İrəvan şəhərindən Alban tarixini və əlifbasını kamil bilən professor dəvət edir. Zod qızıl mədənini direktoru işləmiş Brest qalasının müdafiəçisi olan Samvel Matevosiyanın iştirakı ilə təşkil onunan komissiya həmin daş kitabəni oxuyaraq bir daha təsdiq etdi ki, həqiqətən həmin kilsə alban türklərinə məxsusdur. Kəndin ərazisindəki qədim yurd yerlərindən Səhnəbani bulağını (Böyük bulaq), Mehdi bulağını, Dövrüş bulağını, Bəzirxana bulağını, Qumlu bulağı, Bəşir düşən dərəni, Dərə yurdunu, Yelvə dərəsini, Axund dərəsini, Daşlı güneyi, Qalaq daşlarını və Sarı xəndək adlanan yerləri göstərmək olar. Sarı xəndək adlanan yerdə aparılan arxeoloji qazıntılar zamanı üç dörd mərtəbəli qəbirlərin tapılması bir daha sübut edir ki, kəndin ərazisində qədim türkçülüyü təbliğ edən Alban türklərinin yaşamasını təsdiq edir. Kədin ərazisində müxtəlif dövrlərdə kənd və qonşu kəndlərinin əhalisinə xidmət edən 3 su ilə işləyən un dəyirmanları olmuşdur.
XƏBƏR LENTİ
İştah artıran vasitələr
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Rəşad Mahmudov vacib məsələyə toxundu - 50 faiz həkim ştatı boşdur
Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!
Braziliyalıların göz yaşları
Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər
İri ticarət mərkəzlərinin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Saçı tökülən hər kəs oxusun
Vicdanım üşüyür...
Səmada görünən parlaq cisimlər qorxuya səbəb oldu - FOTO
Ölən balasını 17 gün kürəyində daşıdı
Gəlin-qaynana davası...
Qarın bölgəsindəki yağları əridən qarışım
Xəyanətə məruz qalan qadın nə etməlidir?
Nurgül Yeşilçay İran filmində - FOTO
Daş uzərindəki şəkillər
ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Yeni il tortları
Koronavirusa görə bu serial final edir
Ancelina Coli:"Hesab edirdim ki..."-FOTO
Sürücülərin diqqətinə! Parkomatların ilk 15 dəqiqəsi pulsuzdur
BÜRCLƏR bizə nə vəd edir?- 10 Dekabr
Türkiyədə fantastik büdcəli hind toyu -FOTO
"Liverpul" və "Sevilya" finalda
Təkrar istifadə olunan maskaların təhlükəsi - VİDEO
Bölgələrimizin mətbəxi - Gəncə
Gözəllik müsabiqəsinin qalibi öldü-SƏBƏB
Azərbaycan daha bir şəhid verdi
2019 Məzuniyyət Saç Modelləri
Bakıya duman gələcək
Çağatay Ulusoy ilk dəfə sevgilisindən danışdı
Zövq oxşayan gəlinliklər
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
Bu sezonun aksesuar trendi
Sabahın HAVAsı
Azərbaycana qış gəldi
"WhatsApp" dəyişiləcək
Günün qoroskopu: köhnə dostlardan birinin məsləhətindən yararlanın
NeSpoonun küçə sənəti
Təcili inflyasiya tapşırığı verildi
6 foks sirri
Çayın zərərindən xəbəriniz var?
Kişilərin saçı tökülürsə...
Nazirdən təhsillə bağlı əmr
Şokoladlı tost (foto resept)
15 idmançımız Rusiyada güc göstərəcək
İbrahim Tatlısəs Sibel Canın konsertində ağladı - FOTO
- ŞƏRHLƏR