İnsan həyatında itirdiyi ən əziz itgilərdən biri-doğulduğu,böyüdüyü,nəfəs aldığı amma həsrət qaldığı Vətənidir. Hansı ki,dolğun gözlərlə yalnız şəkillərdən izləyirsən.Mən Qarabağda doğulmasam da,Qarabağını itirmiş azərbaycanlıyam.Bu gün sizləri kiçik,lakin mənaca dərin bir səyahətə-Kəlbəcər və Şuşama aparacağam. Bu şəkilləri sizlərə göstərməkdə məqsədim aydındır-gəlin bir daha anaq,xatırlayaq,düşmənə nifrətimizi artıraq.Çoxumuz o yerləri görməmişik,amma bilirik Qarabağ-Azərbaycanın bir hissəsi,başının tacı,ürəyinin döyüntüsü,dilinin nəğməsi,nəğməsinin ahəngidir...
Başlayaq Kəlbəcərdən.Vətənimin nəfəs alan ciyəri,dünyanın ən nadir güşələrindən biri,xəstə ürəklərin,sızıltılı qoı-qıçların loğmanı olmuş Kəlbəcərim. İlk şəklim onun şöhrətli İstisuyunundur.Koroğluya nərə verən,güc-qüvvət verən ,dağlardan çağlayan,şəfa suyu olan İstisu olmayıb,başqa nə su ola bilərdi ki?..
Bu, İstisu qablaşdırma zavodunun viranə qalmış görünüşüdür...
Bu, Kəlbəcərimizin 53 kəndini rayon mərkəzi ilə birləşdirən,uzunluğu 2 km olan yeraltı tünelidir.
Turistlər Kəlbəcərimin gəzməli-görməli yerlərində...Bizim buna haqqımız yoxmu?!.
Düşmən rayonun girəcəyindəki lövhəni özününküləşdirib utanmadan...
Kəlbəcərdə ermənilərin ''şəhidlər xiyabanı''...
Sahibsiz at-onu Kəlbəcərə çəkən nə oldu?
Dağ başında yiyəsiz ev...
Kəlbəcərin laləli düzü-uğrunda şəhid olmuş qəhrəmanların məzarına düzülür indi...
Gəlin gedək Şuşaya...
Bu, Şuşa qalasıdır-tarixlərdən iz qoyub gələn qala...
Qar-qar çayının yatağı-həsrət qaldığımız gözəlliyə diqqətlə baxın...
Şuşadakı məşhur Saatlı məscidi...
Şuşa və Laçınımızı birləşdirən ''Qoşayer'' adlanan yer,sanki bir sənət əsəridir...
Ölməz xanəndəmiz Cabbar Qaryağdıoğlunun dağıdılmış evi...Ruhu inləməzmi sizcə?!
Qarabağ atlarımız Şuşa düzlərində - igidlərsiz...
Məşhur Şuşa Karvansarayı - acımadan yandırılmış...
İgidlərimizin at oynatdığı,cövlan etdikləri Cıdır düzümüz...
Qar-qar çayı-sakitcə axıb gedir,içindən inləsə belə...
Şuşama duman gəldi... Bəlkə də milyonlarla azərbaycanlının ahıdır bu... Kim bilir?!...
Vətən, səndə nəyim qaldı?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR