Milli bayramlar və tarixi günlər
31 dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi günü
1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə, əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı.Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu.Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriliyi irəli sürüldü.
H.Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı.Bu qərarı əsas tutaraq Azərbaycan Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-də dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hisslərini gücləndirdi.
2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi.Qurultayda 36 ölkədən gəlmiş 1105 nümayəndə , 906 qonaq iştirak edirdi.
2002-ci il iyunun 5-də Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
Beynəlxalq bayramlar və tarixi günlər
1 dekabr-QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü
QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir.(İngiliscə AİDS, rusca SPİD)
Bu xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün xəbəri də olmur.
QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmaqdır.
Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasına böyük əhəmiyyət verir.1996- cı ildə Azərbaycan Parlamenti “İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin(AİDS) yayılmasının qarşısının alınması” haqqında Qanun qəbul etmişdir.
Dünyanın bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
3 dekabr-Ümumdünya Əlillər Günü
Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb.Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib.Onlardan ən mühümü 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir.1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibəti ilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir.Bu günün məqsədi cəmiyyəti əlillik probleminin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
10 dekabr-İnsan Hüquqları Günü
Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:
-Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irsi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdın asazdlıq,
-Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən,.işgəncə və digər zorakılıqdan azadlıq,
-Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ,
-Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ,
-İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq,
-Ədalətsizlikdən və qanun puzuntusu ilə rastlaşmaqdan azadlıq,
-İstismar olunmadan layiqli işləmək hüququ.
1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi.Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi.
“Bəyannamə”ni qısa müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzaladılar.
XƏBƏR LENTİ
"Kəpənək" qurabiyəsi (foto resept)
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Gəlin bir az da gülək
Koronavirusla bağlı son STATİSTİKA
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Məşhur müğənni 5 günə milyonçu oldu
İstirahət gününün HAVAsı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Koronavirusa yoluxmuş hamilə qadın insanlara müraciət etdi-FOTO
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Koronavirusla bağlı donor olanların sayı bilindi - RƏSMİ
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Gəlinlər üçün saç modelləri
Neymar üçün mundial bitdi
Bətndə boğulan gələcəyimiz
Dövrümüzü tənqid edən şəkillər
Dəniz tısbağaları
Yaralıyam, dəymə…
Asan 7 gəlinlik saç düzümü
Əroğanın qızının toyundan FOTOlar
Saç qırıqlarından xilas olmaq üçün...
Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Bu gün imtahandır
Özünüzə inanırsınızmı? (Psixoloji test)
Qarabağ Universiteti yaradılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Zərif toyuq salatı (foto resept)
Qızıl payız
Ayna modelləri
3D formatlı yataq dəstləri
Mövlanə Cəlaləddin Rumidən
Adriana Lima türk sevgilisi ilə tətildə - FOTO
Serenay Sarıkaya onu bağışladı
Kate Moss tərzinin əvəzedilməzləri
Hindistan qozlu şokoladlı tort (foto resept)
Məşhurları belə də tanıyın
BÜRCLƏR bizə nə vəd edir? -23 iyun
Məşhur aktrisa YENİ SERİALDA-VİDEO
Beren Saat BBC-nin diqqətini çəkdi
HAVA necə olacaq? 10 İyun
Bakıya qar yağacaq
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Qurban bayramında İŞİD-dən təhlükə
Emin Ağalarov qarda çimdi – FOTO
Cazibədar xanımlar üçün çimərlik geyimləri
Qış aylarında yaz tətili üçün 10 ölkə
- ŞƏRHLƏR