1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.
Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Qeyd: Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.
Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur. Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.
XƏBƏR LENTİ
Məşhur aktyor "Yasak Elma"da
Noutbukların qiyməti bahalaşacaq
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Meqan Fox aparıcılıq edəcək-FOTO
Günün ramazan təqvimi (28 iyun)
Sosu və Haru
Boyun düzləşməsi əlaməti
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Sellülit üçün faydalı yağlar
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dərdli zamanlardan qurtulmağın yolu
“İmamzadə” ilə bağlı sərəncam
Şokolad haqqında bilmədiyiniz faktlar
Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Məşhur aktrisa yıxıldı-FOTO
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Münasibətdə qadınların yol verməməli olduğu xətalar
"Ermənilər digər əraziləri də işğal ediblər"
Gözəl mebellər
Azərbaycanda yağış yağacaq
Qəhvə haqqında nə qədər bilirik?
İtirilmiş və oğurlanmış telefonlar
Ana oğlundan utanıb arıqladı
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub
Antarktida - Əbədi buzlar qitəsi
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
“Coca-Cola” 130 illik ənənəsini pozur
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Həftə sonunun HAVAsı
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
Əvvəll döydü, sonra xilas etdi
Mistik meşələr
Geyim nümunələri
Formada qalmağın sirri
2020 Oscar Mükafatları: Qırmızı Xalça
Kələm salatı (foto resept)
2013-cü ilin hündürdaban çəkmələri
- ŞƏRHLƏR