"Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilmişdir.
Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak etmişdir.
Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışmışdır. Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi "Azərnəşr"in bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
Əhməd Cavadın poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, "Dilimiz" şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub.
Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi də daxil olmuşdur. O, Şekspirin "Otello" pyesini, A.S.Puşkinin "Kapitan qızı", "Tunc atlı", F.Berezovskinin "Ana", M.Qorkinin "Mən necə oxumuşam", "Çocuqluq", T.Şevçenkonun "Kobraz", Fransua Rablenin "Qarqantua və Pantaqruel" əsərlərinin bədii tərcüməsinin müəllifidir.
Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edir. Göygölə, Qara dənizə, dəli Kürə, milli bayrağa ən gözəl şeirləri o dövrdə Ə. Cavad yazmışdır. "Azərbaycana" şeirində Vətənə həsrəti, nisgili əks olunmuşdur:
Coşmuşdu ürəyim, şişmişdi başım,
Zülmkar olmusan, axıdıb yaşım!
Ey gözəl Vətənim, ey dağım-daşım,
Bir sazım olsaydı söylərdim sana!
Nə gücdür ayrılıq, doymamış yardan,
Artırdı dərdimi hər keçən karvan!
Duysaydım səsini bir yanıq tardan
Bilməzsin nə söylər, neylərdim sana!
Boğar dəryasından bir qoşun səsi,
Söylər ki, könlünün yoxmu gecesi?
Sənsiz ki, ilhamın gəlməz nəfəsi,
Gəlsəydi, şairlik eylərdim sana!
Kəsmişdi yolunu keçilməz dağlar,
Bənimlə bərabər ormanlar ağlar!
Ey göz işlədikcə görünən bağlar,
Əhd ilə bir salam göndərdim sana!
Əhməd Cavadın yazdığı "Çırpınırdı Qara dəniz" isə az qala milli himn qədər kütləvi şəkildə oxunulan və sevilən bir əsərə çevrilmişdir:
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim,heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki,çarpar sinən!..
Vəfalıdır gəldi,gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök,gəl yoluna,
Sırmalar səp sağ,soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!
Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer,salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı duranlardan biri olmuşdur. Elə buna görə də həmişə təqib edilmiş, "xalq düşməni" adlanmışdır. Üç dəfə həbs olunmuş, həyat yoldaşı sürgünə, üç oğlu koloniyaya göndərilmişdir. Himnimizin sözlərini yazan bu dahi şair repressiyanın ilk qurbanlarından olmuşdur. Şəxsiyyətə pərəstiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavadın həyatı 1937-ci ilin 9 oktyabrında faciəli şəkildə qırılmışdır.
Bu isə onun "Bən kiməm" adlı şeiridir.
Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
"Haqq!" bağıran səsiyəm!
Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!
Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..
Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..
XƏBƏR LENTİ
Samsung Tizen-li 2 smartfon göstərəcək
Həyatı olduğu kimi qəbul edin
Ərdoğan Obamanı tənqid edib
8 apreldə Ay çəhrayı rəngdə görünəcək
Yaponiyada güclü zəlzələ olub
Hamiləliklə xərçəngi səhv salıb kimyaterapiya etdilər-FOTO
İnstagram istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin
2019-un ən çox qazanan ifaçıları
Butulkadan ev
22 ilin nisgili: Çingiz Mustafayev
Tərəvəzli aş qarası (foto resept)
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
Xəzərlə bağlı razılaşma
Uşaq və məsuliyyət
Allahıma çox şükür!
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Sosial şəbəkələr təhsilə təsir göstərmirmi?
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
WhatsApp istifadəçiləri, ehtiyatlı olun!
Azərbaycan ordusu mülki əhali ilə davranış qaydalarına əməl edir - RƏSMİ
Qayda açıqlandı: gözəllik salonuna getmək istəyənlərin nəzərinə
Lobya şorbası (foto resept)
"Yapraq dökümü"nün Ayşesi böyüdü
Kəbədə ilk təravih namazı qılındı
Dünyanın 10 ən nüfuzlu İT iş adamı
Məşhur aktrisa "Hercai"dən uzaqlaşdırıldı-SƏBƏB
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
Naeem Khandan platya kolleksiyası
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
Emin faciə qurbanlarına 5 milyonluq yardımedib
Əksər smartfonlar mühafizə olunmur
50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO
Genetik: Koronavirus özünü çox qeyri-adi aparır
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
Arıqladan ərzaqlar
Cardi B rəqs etdi, paltarı cırıldı-FOTO
Beren Saat çimərlik FOTosu paylaşdı
Xoşbəxt pozalar
Bakı yol polisindən xəbərdarlıq
Təmiz evin 4 sirri
Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi
Koronavirusun müalicəsində istifadə edilən dərmanlar bu orqanı sıradan çıxarır
Bir diş sarımsağı su ilə udsanız...
Azərbaycanda teledərslərə start verildi
Xəzərdə zəlzələ olub
Afrika hörükləri haqqında doğru bildiyiniz səhvlər
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)
“Növbəti 3-4 ildə Azərbaycanda təmirsiz kənd yolu qalmayacaq”
- ŞƏRHLƏR