Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Nizami Gəncəvi
(1141- 1209)
İlyas Yusif oğlu 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olmuşdur. Adi bir sənətçi olan atası oğlunun təhsil almasını istəmiş və onu əvvəlcə məktəbdə, sonra isə mədrəsədə oxutmaq üçün əlindən gələni əsirgəməmişdir. Mədrəsədə verilən biliklərdən başqa İlyas şəxsi mütaliə sayəsində orta əsrlərdə məlum olan bir çox elmi biliklərə yiyələnmişdir. O xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatını, ərəb, fars və yunan dillərini, qədim yunan tarixini və fəlsəfəsini, hind fəlsəfəsini, astronomiyanı öyrənmiş, tibb və həndəsə elmlərinə bələd olmuşdur. İslamın əsas ehkamlarını ən dərin incəliklərinə qədər öyrənən İlyas gənc olsa da, Gəncədə böyük hörmət qazanmışdır.
İlyas Yusif oğlu yaradıcılığa Nizami Gəncəvi təxəllüsü ilə lirik şair kimi başlamışdır. Onun yaratdığı ilk əsər 20 min beytdən ibarət sanballı bir divan (şeirlər toplusu) olmuşdur ki, bizə qədər ordakı şeirlərin çox cuzi bir hissəsi gəlib çatmışdır. Əlimizdə olan şeirlərdə lirik məqamlarla yanaşı, Nizaminin mütərəqqi ictimai-fəlsəfi fikirlərinə də rast gəlmək olar.
N.Gəncəviyə böyük hörmətlə yanaşan Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan onunla Gəncə yaxınlığında görüşmüş, dövləti ədalətli idarə etmək barədə dəyərli məsləhətlərinə qulaq asmışdır. Qızıl Arslan şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. Bununla belə, Nizami saray şairi olmaqdan qətiyyətlə imtina etmişdir. O, 1169-cu ildə qıpçaq qızı Afaqla evlənmiş, 1174-cü ildə oğlu
Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvinin 1177-ci ildə bitirdiyi "Sirlər xəzinəsi" adlı ilk poeması ona böyük şöhrət qazandırmışdır. Bu əsər Yaxın Şərqdə didaktik-fəlsəfi şerin ən yaxşı nümunəsidir. Əsərdə şair insanları ədalət, düzlük, mərdlik, xeyirxahlıq, təvazökarlıq və dostluğa çağırmış, "şəhərləri xaraba", "kəndli xırmanlarını dənsiz" qoyan zülmkar hökmdarları kəskin tənqid etmişdir. Orijinal kompozisiyaya malik bu əsərin 20 məqaləsi arasında sıx ideya vəhdəti vardır. "Sirlər xəzinəsi"-də ilk dəfə ədalətli hökmdar ideyasını irəli sürən şair sonrakı poemalarında onu daha da genişləndirmişdir.
1180-ci ildə Nizami Gəncəvi "Xosrov və Şirin" poemasını bitirmiş və onu Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Məhəbbət mövzusunda qələmə aldığı bu lirik-epik poema ilə Nizami Yaxın Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır.
Nizami Gəncəvi 1188-ci ildə Şərqdə ilk dəfə ərəb nağılı əsasında "Leyli və Məcnun" poemasını yazmış və onu şirvanşah I Axsitana göndərmişdir. Azad məhəbbətdən bəhs edən bu faciəvi poemada şair məhəbbəti fəlsəfi mənada şərh edərək nəcib məhəbbət konsepsiyası yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mənəvi təkamül problemləri ilə bağlamışdır. Qəhrəmanlarının daxili dünyasını açan şair onların keçirdiyi iztirabları məharətlə göstərmişdir.
Nizami Gəncəvi 1196-cı ildə "Yeddi gözəl" əsərini yazmış və onu Marağa hakimi Əlaəddin Körpə Arslana göndərmişdir. Yarım fantastik əsər olan bu poema quruluşu ilə digər poemalardan fərqlənir. Yaxın Şərq ədəbiyyatında bu səpkidə ilk dəfə qələmə alınmış "Yeddi gözəl" poeması təkcə Şərq ədəbiyyatına deyil, elə Qərb ədəbiyyatına da təsir göstərmişdir.
Nizami Gəncəvi 1203-cü ildə tamamladığı "İsgəndərnamə" əsərində bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini bir növ yekunlaşdırmışdı. Yaradıcılığının zirvəsi sayılan bu poema 2 hissədən ibarətdir. "Şərəfnamə" adlanan birinci hissədə Makedoniyalı İsgəndərin müharibələrindən bəhs olunur. İkinci "İqbalnamə" hissəsində isə daha çox ictimai-siyasi, fəlsəfi məsələlərdən danışılır. Əsərdə şair ideal, xoşbəxt bir dövlət quruluşu, milli və dini ayrılıqlara fərq qoymayan, bəşəriyyətə səadət gətirəcək adil bir hökmdar obrazı yaradır. Nizami Gəncəvi orta əsrlərin qaranlıqlarından gələcəyə müraciət edir, insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali ölkəsində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da hüquqları bərabərdir. Bu ölkədə sürülər çobansız, evlər qıfılsız, bağlar gözətçisizdir. Şair əsərdə müxtəlif dövrlərin və ölkələrin məşhur
filosoflarının (Aristotel, Platon, Sokrat və b.) iştirak etdiyi fəlsəfi məclislərdən söhbət açdığı zaman, əslində, dünya, həyat və kainat haqqında öz görüşlərini şərh etmişdir. Əgər əvvəlki əsərlərdə Nizami Gəncəvi zalımın pis yoldan dönüb rəhmli hökmdar olacağına inanırdısa, bu əsərində o, ölkəni ya adil hökmdarın, ya da qədim yunan demokratiyasına bənzər qurumun (xalq yığıncağı və onun seçdiyi şəxslər) idarə etməsinin tərəfdaşı kimi çıxış edir.
Nizaminin utopik cəmiyyətində xüsusi mülkiyyət, qeyri-bərabərlik, zülm, ictimai mübarizə, cinayət, ehtiyac və dərd yoxdur. Buna nail olmaq üçün cəmiyyətdə birlik, bərabərlik, səmimilik, doğruçuluq, qarşılıqlı ehtiram və yardım hökm sürməlidir. Şairin utopiyası sonralar bir çox Şərq humanistlərinin ictimai-siyasi görüşlərinə təsir göstərmişdir.
Nizami Gəncəvi dövrünün bütün əsas elmlərinə, o cümlədən astronomiya, tibb, hərb sənəti, fəlsəfə, tarix, coğrafıya və başqa elmlərə aid maraqlı fikirlər söyləmişdr. İlk dəfə o bildirmişdir ki, Ay qaradır və öz işığına malik deyil. Nizaminin pedaqogika haqqında söylədiyi mühakimələri ibrətamizdir. Onun pedaqoji fikirlərində mənəvi-əxlaqi tərbiyə məsələləri mühüm yer tutur. O, əməyi insanın mənəvi saflığının əsas amili kimi yüksək qiymətləndirir, təlimə inad və müstəqillik tələb edən əmək kimi baxırdı. Nizami tərbiyədə nümunənin əhəmiyyətini, bu sahədə müəllimin böyük rolunu xüsusilə qeyd etmişdir.
Dövrünün görkəmli mütəfəkkiri olan Nizami Gəncəvi dünyanın Allah tərəfindən yaradılmasına inanır, bununla belə, maddi dünyanın dərk edilməsi üçün elmin inkişaf etdirilməsini vacib sayırdı.
Nizami Gəncəvi ümumbəşəri şair olmaqla yanaşı böyük vətənpərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətəninin qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətənə məhəbbət doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Şair vətən tarixində olan qəhrəmanları hətta ideal saydığı qəhrəmanlara qarşı qoymuş, onların daha üstün olduğunu göstərməyə çalışmışdır. Nizami yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatından-dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Onun poemalarında olan süjetlər isə öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.
Nizami Gəncəvinin yaradıcılığı hələ sağlığında Azərbaycan, eləcə də bütün Yaxın Şərq ədəbiyyatı və elmi fikri üçün nümunə olmuş, məhəbbətlə izlənilmişdir. Şairin mövzularında əsər yazmaq, onun "Xəmsə"-sinə cavab vermək əsrlər boyu Şərq poeziyasında ənənəvi şairlik imtahanı sayılmışdır. XIII əsrdən başlayaraq onun poemalarına 40-dan çox nəzirə yazılmışdr. Əmir Xosrov Dəhləvi, Ə.Cami, Ə.Nəvai kimi böyük sənətkarlar Nizamini ustad adlandırmışlar. Şairin yaradıcılığı Qərbi Avropa ədəbiyyatına da təsir göstərmişdir. Görkəmli tədqiqatçı Y.E.Bertels sübut etmişdir ki, Nizaminin poemaları ilə Avropanın cəngavərlik romanları arasında müəyyən bənzərlik mövcuddur. C.Bokkaççonun "Ameto", K.Qostinin "Turandot", A.R.Lesajın "Çin şahzadə xanımı", Volterin "Zadiq, yaxud tale" və başqa əsərlər Nizaminin poemalarının süjetləri əsasında qurulmuşdur. Nizaminin yaradıcılığı Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır.
Nizami Gəncəvinin əsərləri bu gün də maraqla oxunur, insanları düşündürməkdə davam edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]