Hüquq - pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir.
Hörmətli istifadəçilər!
Bir çox məqamlarda yaranan problemlərin səbəbi insanların öz hüquq və vəzifələrini bilməməsidir. Bəzi hallarda isə, kimlər üçünsə sıradan səslənən bu sözlər böyük problemlərə səbəb olur.
Bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikası Qanunvericiliyi ilə bağlı suallarınızn cavablandırılması, paytaxt və regionlarda hüquqlarını bilməyən və bu səbəbdən çıxılmaz vəziyyyətdə qalmış insanların problemlərinin həllində yardımçı olmaqdan ibarətdir.
Suallarınızı Dövlət Qulluqçusu, hüquqşünas Murad Kərimov cavablandıracaq.
Diqqət! - Suallarınızı təkrarən yazmağa ehtiyac yoxdur! Həmçinin eyni sualı müyyən vaxt keçdikdə belə təkrarən yazmayın! Sualı yazmamışdan əvvəl, "sual arxivinə" nəzər salın.
Zəhmət olmasa, etik qaydalar çərçivəsində hərəkət edin! Əks halda bir daha bu xidmətdən istifadə hüququnuz olmayacaq!
Diqqətinizə görə təşəkkür edirik!
Haqqın hər zaman sizin tərəfinizdə olması diləyi ilə...