Qadin.NET / SUALIM VAR!

SUALIM VAR!

1. Redaksiyaya necə xəbər göndərə bilərəm?
Saytda öz istifadəçi hesabınıza daxil olduqdan sonra, yuxarı hissədəki  idarəetmə panelindən Xəbər əlavə et linki vasitəsi ilə keçid etməniz kifayətdirki, Siz hazırladığınız xəbəri saytda yayımlanması üçün məlumat bazasına göndərəsiniz.
Xəbər göndərilmə qaydası aşağıda qeyd olunan xəbərdə ətraflı şəkildə izah edilmişdir:
Xəbər göndərmə qaydası

 

2. Redaksiyaya göndərilmiş xəbər nə zaman aktiv olunacaq?
Redaksiyaya göndərilmiş xəbərdə redaksiya üzvlərinin (Baş redaktor və redaktor) yoxlanışı zamanı heç bir qayda pozuntusuna rast gəlinməzsə, aktiv olunması üçün təsdiq edilib "sırasını gözləmə" mövqeyinə keçəcəkdir. Xəbər saytda, onun mövzusu, aktuallığı, toplayacağı oxucu kütləsi nəzərə alınması prinsipi ilə yayımlanır. Yayımın gözlənilməsi üçün bir neçə gün vaxt tələb oluna bilər!
Aydın olduğu kimi, xəbər göndərərkən, efirə gedən xəbərlərə diqqət etmək lazımdır. Mövzu ilə bağlı ətraflı məlumatı aşağıdakı yazıdan oxuya bilərsiniz:

Yazı, xəbərlər üçün yeni QN sistemi

Şəxsi səhifənizə nəzər saldığınız zaman aşağı hisssədə redaksiyaya göndərmiş olduğunuz xəbəri görməsəniz, lazımı məlumatı almaq üçün Redaktorlara müraciət edə bilərsiniz. Bu zaman iki hal müşahidə oluna bilər, bunlardan biri bu xəbərin müəyyən əsaslarla məlumat bazasından silinməsi anlamına gəlir. Digəri isə xəbərin yayım üçün götürüldüyü və vaxtının təyin olunduğu üçün yaxın tarixdə istifadəçilərə təqdim ediləcəyi deməkdir. Yox əgər xəbərinizi qeyd olunan hissədə görürsünüzsə, o zaman gözləməyiniz lazımdır.
Məlumat bazasına daxil olacaq hər bir xəbər mütləq aktiv olunmalıdır deyə bir qayda yoxdur! Göndərilmiş xəbər aşağıdakı hallarda məlumat bazasından silinə bilər:
1. Digər Azərbaycan saytlarından götürüldüyü halda
2. Daha əvvəl yayımlanmış, təkrar xəbər olduqda
3. Azərbaycan dili - latın qrafikası ilə yazılmadığı zaman 
4. Qeyd olunan bölmə-rubrikalardan heç birinə uyğun olmadığı halda

5. Xəbərdə, mövzuya uyğun olmayan materiallar(yazı,şəkil,video və s.) olduqda
6. Şou-biznes(maqazin), Kriminal, dəhşət və qorxu mövzulu xəbərlər olduqda!

  Xüsusi ilə qeyd etmək istərdik ki, şəxsi məlumatlardan ibarət, sırf reklam və tanıtım xarakteri daşıyan heç bir yazı, məqalə saytda yayınlanmır!
 

3. Şərhlərin redaktə və ya silinməsinin səbəbi
Aşağıdakı hallarda istənilən istifadəçinin şərhləri silinir və ya redaktə olunur.
1. Ümumi etik qaydalar pozulduqda
2. Mövzudan kənar şərh yazıldıqda
3. Şərh sayının çoxalması naminə, xəbərə yalnız gülməcə(smayl) və lokonik sozlərdən (təşəkkürlər, çox sağolun, maraqlıydı, əməyə hörmət, bəyəndim və s.) ibarət fikir bildirildiyi zaman
4. Təhqir, Reklam, Flood olduqda
5. Xəbərlərdə şərh sistemi vasitəsilə "çat" yaradıldıqda
Şərhləri redaktə etmə imkanı olan Nəzarətçi və Ekspertlər öz və ya başqasının şərhlərini səbəbsiz yerə redaktə etdiyi aşkarlanarsa bir daha bu imkandan istifadə hüququ olmayacaq!
İstifadəçinin şərhi redaktə olunarkən səbəb aydın şəkildə qeyd edilməlidir:
məs.:  Səbəb: Reklam! Redaktə etdi:  istifadəçi adı qeyd edilməlidir!
 

4. Saytda necə status-vəzifə sahibi ola bilərəm?

Layihə çərçivəsində müəyyən statusları qazanmağınız üçün saytın fəaliyyətində aktiv olmağınız kifayətdir. Statusların verilməsi haqda daha ətraflı aşağıdakı xəbərdə oxuya bilərsiniz:

Saytda vəzifələr...

 

5. Cərimələr - Cəzalar

Saytdan istifadə zamanı qaydaları pozmuş istifadəçilər Administrasiya tərəfindən cərimələnir və ya cəzalandırılır. Cərimə və cəzalar qayda pozuntusuna uyğun şəkildə dəyişə bilər. Minimal cərimə növü - hesabdan vəsaitlərin silinməsidir. Bu növ cərimə zamanı, istifadəçinin hesabında minimum 50 QN olmasına diqqət edilir. Cərimələr 50 - 5000 QN arası dəyişə bilər. Balans minimal tələblərə cavab vermədiyi halda, cərimənin qazanılmış bonus xallardan silinmə ilə əvəzlənməsi mümkündür. Xalların silinməsi 50 - 5000 bal göstəriciləri arasında dəyişir.
Əgər istifadəçinin hesabında qeyd olunan göstəricilərdən heç birinə rast gəlinmirsə o zaman cərimələr cəza ilə əvəzlənir. Minimal olaraq istifadəçi hesabının saytdan istifadəsinə 3 günlük məhdudiyyət qoyulur! Qərar verilərkən mübahisə etmək, vəziyyəti daha da mürəkkəbləşdirmək qadağandır! Bu, həmin istifadəçi hesabının müddətsiz məhdudiyyətlə üzləşməsi ilə nəticələnə bilər!


6. Şikayətlər

Statuslu, müxtəlif vəzifə sahibi istifadəçilərlə yaranmış problemlərinizlə bağlı olaraq Administrasiyaya ən kiçik bir şikayət belə gəldiyi halda, şikayətin məzmunu sübüta yetirilərsə həmin istifadəçinin bütün imtiyazları ləğv edilir!
Əgər siz statusundan sui-istifadə edən hər hansı imtiyazlı istifadəçinin məsuliyyətsizliyi üzündən layihədən istədiyiniz kimi yararlana bilmirsinizsə, lütfən gecikmədən bizi bu haqda xəbərdar edin - [email protected]


7. Digər

Şəxsi ismarıclar, Mənim səhifəm, Balans, Dostlarım, Qonaqlarım, Videolar və Fotoalbom və s. bu kimi digər bölmələr, onlardan istifadə qaydaları haqda bütün suallarınızı Ekspert və ya Nəzazərtçilərə ünvanlaya bilərsiniz!

Administrasiya istənilən vaxt qaydalarda dəyişiklik etmə hüququnu özündə saxlayır!

4 fevral 2009
GO BACK