Müsbət və müvəffəqiyyətli münasibətlər qurmaq xeyli vaxt alır. Sağlam bir münasibət qurmaq üçün çox yaxşı ünsiyyət qurmalı və qarşımızdakını dinləməyi öyrənməliyik. Başqalarının fikirlərinə hörmət etməliyik. Bəzən başqalarının istəklərini öz istəklərimizin qarşısına qoyarıq. Bunların hamısı daha yaxşı münasibət qurmaq üçün etdiklərimizin bəziləridir, amma heç bir şey güclü və uzun müddətli münasibət üçün dürüst olmaq qədər vacib deyildir. Dürüstlük bütün münasibətlərin qurulduğu təməl daşdır.
Qarşılıqlı güvən və hörmətin yaradılması dürüstlüyün göstəricisidir. Əgər bu qurulmağa çalışılan dürüstlük qüsurlu və ya zəifdirsə, müvəffəqiyyətli və müsbət bir münasibəti davam etdirə bilmək üçün lazım olan güvəni yaratmaq mümkün deyil deməkdir.
Bu, iş həyatında və şəxsi münasibətlərdə də vacibdir.
İş dünyasında yaxşı bir karyera üçün səy göstərən biri öz xətaları və qüsurları da daxil olmaqla bir çox maneəni aşa bilər. Ancaq öz düzgünlüyünü sübut etmiş və başqalarının hörmətini qazanmış biri zirvəyə doğru yüksələ bilər.
Sağlam münasibətlər qurmağınız üçün bir neçə əsas
Güvəniləcək biri olmaq kiçik şeyləri belə sevərək etməkdən keçər. Bir dəfə güvəninizi boşa çıxaranlara bir daha güvənməməyiniz deyilib hər zaman. Qarşılıqlı güvən yaratmaq zaman və səbr tələb edir. Kiçik bir xəyanət belə (nə qədər böyük və ya kiçik olduğu fərq etməz) sahib olmaq istədiyiniz güvəni sonsuzadək itirməyinizə səbəb olar.
Dürüstlük və güvənilir olmaqda qərarlı olun: Dürüst bir insan olmaq, şüurlu şəkildə verilən bir qərardır. Necə reaksiya verməyinizi düşünüb necə bir böhranla üzləşəcəyinizi gözləməyə əsas yoxdur. Düzgün və güvəniləcək biri olmaq üçün elə indi qərar verin. Qarşılığında mükafat almayacağınız bu qərarı verin. Təbii ki, dürüstlüyünüzü pul, ad-san, şöhrət, güc ya da hər nə olursa olsun, heç bir şey üçün satmamaqda qərarlı olun.
“Doğru olanı et.” sözünü şəxsi məqsədlərinizin və günlüyünüzün ilk sırasına yerləşdirin: həqiqətən, dürüst olan biri qarşılığında şəxsi bir şeyi itirmiş olsa belə dürüstlüyündən əsla güzəştə getməz.
Cəmiyyət içində necəsinizsə, şəxsi həyatınızda da elə olun: Heç vaxt kiməsə və ya nəyəsə görə başqasıymış kimi davranmağa çalışmayın. Xarakterimiz heç bir zaman dəyişdirmədiyimiz hərəkətlərimizə görə müəyyən edilir.
Hər zaman davranışlarınızın və qərarlarınızın arxasında durun: Müvəffəqiyyətinizdən sonra təbrikləri öynərək qəbul edin, amma ən vacibi odur ki, başqaları tərəfindən məcbur edilmədən xətalarınıza və səhvlərinizə görə cavabdeh olmağı bacarmalısınız.
Qarşılaşdığınız vəziyyətlərin əxlaqınızı pozmasına izn verməyin: Münasib qərarları verməkdə vəziyyət nə olursa olsun, dəyişdirməyəcəyiniz standart qərarlar müəyyən edin. Dürüstlüyünüz içində olduğunuz vəziyyətə bağlı olmamalıdır və ya ona görə dəyişməməlidir. Doğrular vəziyyət nə olursa olsun, dəyişməz olaraq qalmalıdır.
Qazanacağınız heç bir şey olmasa da, hər kəsə hörmət edin: Sizin üçün heç bir şey etməyən insanlara hədəflərinizə çatmaqda sizə kömək edən insanlardan fərqli münasibət bəsləməyin.
İnsanların arxasına deyil üzünə danışın: Birilə bir probleminiz olduğu zaman bunu onun özünə deyin. Dedi-qodu edib ətrafa zəhər yaymayın.
Etmək istəməsəniz də, etməyə məcbur olduğunuz şeyi edin: Hamımız xoş olmayan hallarla qarşılaşa bilirik. Bunlardan üstünüzə düşən vəzifədən qaçmaqla qurtulmağa çalışmayın. Zig Zaglar deyir ki, “Məcbur olduğunuz şeyləri etsəniz, istədiyiniz zaman istədiyiniz şeyləri də edəcəyiniz gün gələcəkdir”.
Dürüstlük hamımızın dostudur.
Dürüstlüyünüz ən güvənli dostunuzdur. Əsas olanlardan və doğru yoldan büdrəməməyinizi təmin edər. Mənfi tənqidləri qarşınızdakını üzmədən diqqətə almağınızı və işinizə yarayacaq olanlardan özünüzə dərs çıxarmağınıza kömək etmiş olacaq. Dürüstlük sizi münasib olmayana məğlub olmaqdan xilas edəcək və maneələrə qarşı durmanızı təmin edəcəkdir.
Dürüstlük həm də münasibət qurduğunuz insanlar üçün də vacibdir. Dostlarınız və iş yoldaşlarınız sizin gəl-getlərinizdən narahat olmaq məcburiyyətində qalmazlar. Sizin necə biri olduğunuz, nəyi müdafiə etdiyiniz və nələrin arxasında durduğunuzu bilirlər. Sizə güvənə biləcəklərini çox yaxşı bilirlər.
Dürüst bir insan olaraq müvəffəqiyyətli münasibətlər qurmağın ən önəmli təməlini atmış olursunuz.
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
- ŞƏRHLƏR