Ardı
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə orta axın zonasına (25-5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası çökəkliklərdə isə zəif axım (5-1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir.
Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm-dən artıqdırsa (1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı.), Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir.
Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərində tipik səhra, 200-400 mm olan ərazilərində tipik yarımsəhra, 400-500 mm olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf etmişdir. İllik yağıntının 600-1400 mm-ə çatdığı ərazilərdə meşə örtüyü vardır. Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə
qədərdir.
Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur.
Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər, Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud, Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır.
Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır.
Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi şimal hissədə 6 m-ə, cənubda isə 15 m-ə çatır. Payız və yaz fəsillərində yağışların yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən
intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. Hövzə yüksək minerallaşmaya (220 0 / 00 ) malikdir. Lakin göldə xərçəngəbənzər canlılar vardır.
Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur.
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda
skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır.
Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar.
İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar
yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb.
Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b. vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır.
Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan və başqa qoruqlar aiddir.
Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir.
Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.
B.Ə.Budaqov
XƏBƏR LENTİ
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Bakı üçün yeni nüvə təhlükəsi
Dahilərin müdrik sözləri
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Qadın barğamını kəsib boynundan asdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Andersenin ilk nağılı tapılıb
Millət vəkillərimiz Berlində etiraz etdilər
Saç tökülməsinin qarşısını alan nar maskası
Hicablı gəlinlər üçün baş örtükləri
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Çay nədir, say nədir...
İlk yardım
Katarakta xəstəliyi
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Qəhvəni sevmək üçün 5 səbəb
Bağça körpəyə nə verir?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
"Adamtanıyan" silahlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Toy və ziyafət üçün saç düzümləri
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Eyni yaşda olan məşhurlar
Jennifer Lopezin illərə görə dəyişən tərzi
Nostalji gəlin paltarı modelləri
Dişləri necə fırçalamaq lazımdır?
İşləyən analar üçün məsləhətlər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Qara Qısa Saç modelləri 2014-2015
10 yaş cavan göstərən maska
Böyük Britaniyada müsəlman məktəbi bağlandı
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Leranın əl işləri
Osmanlı imperiyasının qəribə adətləri
Azərbaycan dili - III dərs
Son dəbə uyğun gəlin buketləri
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Dişləri ağardan sadə və effektli ÜSUL
Mikrobların düşməni
ABŞ-ı qorxudan Rusiya həmləsi
Mədə kiçiltmə əməliyyatı
Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın!
İlham Əliyev "Çay evi"ndə
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
- ŞƏRHLƏR