8 saatlıq iş günü anlayışı ilk dəfə Robert Ouven tərəfindən 1817-ci ildə İngiltərədə dilə gətirilib. Ouvenin sonralar şuarına çevrilən düsturu belə idi: 8 saat iş, 8 saat yuxu və 8 saat ürəyimiz nə istərsə...
Rosa Luxemburg "1 Mayın doğuşunu" 1894-cü ildə qələmə aldığı mətndə belə izah edir:
"Səkkiz saatlıq iş gününü qazanan bir işçinin vasitəsilə bu bayram ilk olaraq Avstraliyada qeyd edilirdi. Işçilər 1856-cı ildə səkkiz saatlıq iş günündə nümayişlər, mitinqlərlə birlikdə bir günlük ümumi tətil etməyə qərar verdilər. Lakin bu ilk bayram Avstraliya işçi kütlələrinin marağına səbəb oldu. Onlara elə güclü təsir etmişdi ki, hər il bunu qeyd etmək qərara alındı.
Avstraliya işçilərindən ilk nümunə götürən amerikalılar oldu. 1886-cı ildə 1 Mayın ümumi tətil günü olmasına qərar verdilər. Bundan 128 il əvvəl ABŞ-dakı ümumi tətilə 350 min, bəzi mənbələrə görə isə yarım milyona yaxın işçi qatıldı. Tətil və bayramlar 1 Maydan sonra da davam etdi.
Lakin 3 May 1886-cı ildə Çikaqodakı McCormick fabrikində bu bayramın qeyd edilməsi zamanı ən azı altı işçinin həyatını itirdiyi bir qarşıdurma yaşandı. Ertəsi gün polisin hücumuna etiraz etmək üçün keçirilən nümayişdə partlayış nəticəsində 7 polis həyatını itirdi. Digər polislər etirazçılara atəş açdı. Etirazçılardn ölən və yaralananlar oldu.
Aksiyaya təşkilatçılıq edən səkkiz adam məhkəməyə çıxarıldı. Günahkarlardan 4-ü edam edildi. Biri yaşadığı yerdə ölü tapıldı və qeydlərə intihar olaraq keçdi. İşçi rəhbərlərinin edamından iki il sonra, 1889-cu ildə toplanan 2-ci Milli Paris Konqresində 1 May birlik, mübarizə və həmrəylik günü olaraq qəbul edildi.
Türkiyədə ilk 1 May
Türkiyədə ilk 1 May 1905-ci ildə Basmane Altınparkdakı çinar ağacının altında qeyd olundu. İstanbulda isə ilk 1 May 1910-cu ildə qeyd edildi. Osmanlı dövründə işçi həyatının ən çox inkişaf etmiş olduğu yerlərdən biri olan Selanikdə 1911-ci ildə işçilər 1 May nümayişi təşkil edərək bu günü qeyd etdilər.
Ankarada 1 Mayın tarixi
Prof. Dr. Mete Tuncay 1922-ci ildə 1 Mayı "Türkiyədə Sol Akımlar " adlı əsərində bu şəkildə izah etdi:
1 May 1922-ci ildə ilk işçi bayramı qeyd olundu. Bütün işçilərin, uşaqların da qatıldığı yığıncaq keçirildi.
1923-cü ildə 1 May günü rəsmən "İşçi Bayramı" elan edildi.
1924-cü ildə hökumət kütləvi 1 May tədbirlərini qadağan etdi.
1925-ci ildən başlayaraq bu qadağa etibarlılığını qorudu.
1935-ci ildə mayın 1-nə "Bahar və Çiçək bayramı" adı verildi və pulsuz tətil günü elan edildi.
1960-cı illərdə 1 May kütləvi olaraq qeyd edilmədi.
Tarixidə qara bir ləkə : Qanlı 1 May
1977-ci il 1 May günü İşçi Bayramını qeyd etmək üçün müxtəlif yerlərdən təxminən 500 min adam Taksim Meydanına gəlir. Kamal Türklərin danışığının sonlarında meydanda silah səsləri eşidildi. Bu hadisənin davamı "Nöqtə" jurnalının 4 May 1986 -ci il tarixli "Qanlı 1 May" yazısında belə göstərilir:
"Silah səsləri eşidildi ... Üç silahdan açılan səs sanki bir neçə saniyə havada asılı qaldı. Bu uzun saniyələri yeni silah səsləri pozdu. Eyni anda sahənin dörd bir yanından güllə yağmağa başladı.
Yarım milyon insan qorxu və çaxnaşma içində qaçır, polislər su sıxaraq, səs və sis bombaları ataraq kütləni dağıtmağa çalışır. Qaçıb canını qurtarmağa çalışan yüzlərlə insan Kazancı Yoxuşuna doğru yönəldilər.
Bu gün hələ də orada həlak olan insanların sayı haqqında dəqiq məlumat yoxdur. Bu hadisələrin canlı şahidi olan Nazim Alpmanın hazırladığı "Əməyin Qanlı Düyünü" adlı sənədli filmində həyatını itirənlərin sayının 44 nəfər olduğu ifadə edilir. Məlumatlara görə, bu say sadəcə çəkilən foto şəkillərdən hesablanaraq əldə edilib.
1978-2010 arasında nə oldu?
Sentyabrın 2-də 1 May bayramı qadağan edildi. Qadağalara baxmayaraq qısa, davamlı iş buraxmaları, bayramlaşmalar və bir-birinə təbrik mesajları göndərənlər davam etdi. 1989-cu ildə yenidən Taksimdə bayram çağırışı edildi. Şişhane tərəfində toplanan kütləyə açılan atəş zamanı Mehmet Akif Dalcı adlı işçi həyatını itirdi. 1990-cı ildə baş verən hadisələrdə Gülay Bacaran iflic oldu. 1991, 1992, 1993-cü illərdə Taksimdə qarşıdurmalar yaşandı. 1997-2004-cü illərdə mitinqlər Çağlayanda reallaşdırıldı. 9 il aradan sonra tədbirlər Kadıköydə keçirildi. 2007-ci rəsmilər yenidən görüşmə yerinin Taksim olduğunu bildirdi. 2007 , 2008 , 2009-cu ildə sıx qarşıdurmalardan sonra Taksim 1 May tədbirlərinin keçirildiyi yer oldu.
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR