İngiltərənin Kent qraflığının sakini 76 kq arıqlamağının sirrini paylaşıb.
“Daily Mail”in məlumatına görə, bununla Stef Gill ətrafında köklükdən əziyyət çəkən və ümidsizliyə düçar olanları ruhlandırmaq istəyib.
Qadının sözlərinə görə, onun ən böyük arzusu öz toyundan sonra evinə əri Conun qollarında daxil olmaq idi. Lakin bu istək xəyal olaraq qalıb. Çünki gəlinin çəkisi həmin vaxt 114 kq-dan artıq olub.
“Bilirdim ki, məni qaldırmağa gücü çatmayacaq. Başqalarının bunu edə bildiyi, bizim isə bu ənənədən kənarda qalmağımız məni çox kədərləndirirdi”, - deyə Stef Gill danışır.
Hətta uzun illər sonra belə Gill bunun xəyalı ilə yaşayıb. Nəhayət, 2015-ci ildə o, özünü ələ almaq və çoxdankı arzusunu reallaşdırmaq qərarına gəlir. 140 kq çəkidə o, mədə şuntlaması əməliyyatını etdirir. Cərrahlar onun mədəsini 80 faiz kiçildirlər.
“Bəziləri düşünür ki, bu, artıq çəkidən qurtulmağın ən tez yoludur. Ancaq arıqlamaq üçün həyat şəraitini dəyişmək lazımdır. Sən artıq çəkidən qurtulmağı istəməlisən”, - deyə qadın bildirib.
Gill bir müddət sonra yerli qaçış klubuna yazılır və mütəmadi olaraq yürüşlərə çıxır. Həmin vaxtdan etibarən o, 64 kq arıqlayıb. Britaniya sakini nəinki istədiyi çəkiyə çatıb, həmçinin onu saxlaya bilib.
Bir neçə gün öncə isə, toyunun 18-ci ildönümündə Con nəhayət xanımının arzusunu gerçəkləşdirə bilib: Onu qollarında evə daxil edib.
16 yaşlı qızları tərəfindən çəkilən şəkildə gəlinlik paltarında və fatada olan Gillin xoşbəxtliyi üzündən bəlli olur.
Gill vurğulayıb ki, gözəl bədən quruluşunu məhz qaçmaqla əldə edib:
“Qaçış fiziki və psixoloji sağlamlığa gözəl təsir edir. Elə bir idman sahəsi seçmək istəyirdim ki, özümə bəhanə taparaq, məşğələlərdən yayınmayım. Axı hara istəsən, qaça bilərsən. Bu da sözügedən fəaliyyət növünün ən üstün cəhətidir”.
XƏBƏR LENTİ
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib
2019-cu ilin çanta trendləri
Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar
48 yaşlı kişinin bədənindən 639 ədəd mismar çıxdı
Dünyanın ən varlı insanı seçildi
Ölkələrə görə gəlin və bəy
Rəngarəng keks (foto resept)
Yeni il bayramını qeyd etmək olarmı?
Nardan ürəyə aparan yol
Azərbaycanlılar aqressiv oynadılar"
Diş itkisinin qarşısını necə almalı?
Aromaterapiya nədir?
At təlimçiyə ağır xəsarət yetirdi - ANBAAN VİDEO
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Gözəl ayaqqabı modelləri
Heydər Əliyev Fondu Türkiyədə şənliklər təşkil edib
Cəbhədən son məlumatlar - VİDEO
2020-ci il ev dekorasiyası nümunələri
100 min dollarlıq gəlinlik geyinəcək-FOTO
Manat dollara güc gəlir
Göbələkli toyuq (foto resept)
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Ölülərə toy edirlər
Məktəbə getmək üçün əziyyət çəkən uşaqlar
“Atiye”nin yayım tarixi bəlli oldu
DİN əhaliyə müraciət etdi - Evdən çıxmayın!
Bank islahatı bizə nə vəd edir?
Baku Fires-dən möhtəşəm qələbə
Ağacdan noutbuk hazırlandı
İlham Əliyev bir qrup hərbi qulluqçunu “İgidliyə görə” medalı ilə təltif etdi
BENQ qayıdır
Alzheimer xəstəliyinə səbəb olan faktorlar
İlin ataları
Skotun fərqli portretləri
Şəkillərlə xəyal dünyasını canlandırdı
Bu günün hava proqnozu
Qabyuyan maşının içindən zəhərli ilan çıxdı - VİDEO
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
HAVA necə olacaq?
Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb
Koronavirusun növbəti əsas simptomu aşkar edildi
Beyinə zərər verən alışqanlıqlar
Yuxu gətirən çaylar
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Yadplanetlilərin qalıqları aşkar edildi – UNİKAL TAPINTI
Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO
Toxumağı öyrənək. Dərs 4
Facebook-dan Azərbaycana zərbə
Azərbaycanda seçki bülletenlərinin məntəqələrə çatdırılması başa çatıb
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı