Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq: “Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər.
Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığının qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.
E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər: “Buna icazə verilmir. Nazirlər Kabineti yanında operativ qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzinə, yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək.
Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq. Verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək. Həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələ biləcəklər”.
XƏBƏR LENTİ
Elmin İnkişafı Fondu Facebook-da sualları cavablandıracaq
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Dərini cavanlaşdıran un maskası
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
Mətbəx mebelləri
Bakı sakinlərinə şad xəbər
Ağlaması körpənin həyatını xilas etdi - FOTO
Öz portretini dəfələrlə çəkən rəssam
Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı
Mioplopita-Yunan alma piroqu (foto resept)
İŞİD-ə qarşı böyük müharibə planı
Şokoladlı, vanilli cizkeyk (foto resept)
83-cü "Oskar" film festivalı
Şəkil çəkdirmək müqabilində hoteldə yaşamağa icazə veriləcək
Bu gün Milli Mətbuat Günüdür
Disleksiyadan əziyyət çəkən məşhurlar
Bir yarışma ilə həyatı dəyişən məşhurlar - FOTO
Çin dünya ticarətinin liderinə çevrildi
Ev heyvanlarına hücum edən müəmmalı canlı sakinləri qorxudur-VİDEO
Şokoladın faydaları
2013 qış rəng trendləri
Yuxusuzluq yaradan ərzaqlar
"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Dəbdən düşməyən ayaqqabılar(1)
Yuxusuzluqdan xilas edən zəngli saat
Bakı 2015-in açılış mərasimi belə olacaq
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Fərqli dekorasiya modelləri
“Caliber”: “Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Yay tərəvəzlərinin kalori miqdarı
Qocalmayan Hollivud ulduzları
ATƏT-in saytı haker hücumuna məruz qalıb
Doğum günü tortları
Günün ulduz falı
Ailə mübahisəsinə son
HAVA necə olacaq? 11 İyun
"Forbes" Emin Ağalarovun illik qazancını açıqladı
Putin azərbaycanlıya orden verdi
"Normand dördlüyü"nün görüşü bitdi
Bədən quruluşuna görə palto seçimi
İllik qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir? - 12 MAY
Selena Gomez yeni FOTO-larını paylaşdı
Toyuq ətli blinçiklər (foto-resept)
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarladılar
Burma peçenye (foto resept)
Oruckən ağız qoxusunun qarşısını almaq üçün xüsusi üsul