Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlayır.
Mərkəzdən verilən məlumata görə, DİM Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq, imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək.
Girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İyunun 6 və 7-də imtahan keçiriləcək rayon və şəhərlərin adları ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə sonu günlərində keçiriləcək.
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
İmtahanın keçirilmə tarixi | İmtahan keçiriləcək şəhər (rayon) | İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri |
6 iyun 2020 | Qaradağ (Bakı), Şirvan | 1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 | Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 | Bərdə*(I hissə) | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 | Siyəzən, Xızı | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
6 iyun 2020 | Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar | 1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
6 iyun 2020 | Cəlilabad, Qobustan | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
6 iyun 2020 | H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
7 iyun 2020 | Pirallahı (Bakı) | 1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 | Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər. | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 | Ağdam, Füzuli | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
7 iyun 2020 | Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran | 1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
7 iyun 2020 | Ağsu | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
XƏBƏR LENTİ
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Evliliyin ilkin şərti-İntim münasibətlər
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
91 yaşında İnstaqram fenomenidir - FOTO
Qadın.netlilərin pis vərdişləri
Google+-dan nə qədər adam istifadə edir?
3 yaşlı uşaqlar bağçaya göndərilməlidirlərmi?
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO
Xərçəng haqqında bilmədiklərimiz
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Oğul analarına pis xəbər
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Dünyanın ilk pilotsuz taksi servisi İSTİFADƏYƏ VERİLDİ
Xroniki xəstələr oruc tuta bilərmi?
Nikol Paşinyan: “Mən bacarmadım”
Saçlarınızı dəsmalla qurulamayın
Qarderobunuzu qışa hazırlayın
İlk qadın nazir Bakıya qayıdır
Həm atadır, həm də ana -FOTO
Mən nə edim?
Gözəgörünməz qatilə cavab tapıldı
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Artıq 5G sınanır
Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Dırnaqlara boya cəkilməsi qaydası
Sağlam bir həyat üçün qarpız
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Çində koronavirusa son yoluxma sayı
Dərini gəncləşdirən maska
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Dünyadakı analar
Karantin zamanı yazılmış əsərlər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
2014-cü ilin yataq otağı modelləri
Bənzərsiz Azərbaycan kəndindən
DYP-dən deputatların radar etirazına cavab
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
HAVA necə olacaq?
Kıvanç Tatlıtuğ yeni ev alır
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Erməni silahı susmur
Günün ulduz falı
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO