Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən edilən yumşalmalarla bağlı rəsmi məlumat yayıb.
Axşam.az xəbər verir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.
Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur; ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);
açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);
Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir
XƏBƏR LENTİ
Gəlin saç modelləri
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Zəncəfilli şirniyyat (foto resept)
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
Gənclər üçün pəhriz
Heç görmədiyiniz qəribə meyvələr
Varlı olmağın qorxulu tərəfləri
2012-ci ilin gəlinlikləri
Əsəbləşmək kökəlməyə səbəb olur
Kəlbəcər rayonunun işğalından 21 il ötür
Rubl Rusiyanı hərəkətə keçirdi
Acıbibərli acika (foto resept)
Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq
"Zəmzəm" suyunun sirləri açıqlanıb
Sara Sampaionun gözəllik sirləri
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR? - AÇIQLAMA
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Həyatı olduğu kimi qəbul edin
Bu gecə Ay qan rənginə boyanacaq
Ən qapalı ölkə İnstagram-da
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
Vanqadan şok öncəgörmə: Martın 31-də...
Ətli, makaronlu yemək (foto resept)
Putindən növbəti qadağa
Kişilər nəyə görə qadınlardan hündürdülər?
"Qız xəstəliyi" - bu nədir?
“Instagram”a çoxdan gözlənilən funksiya gəlir
Bu gün Ümümdünya Kosmonavtika günüdür
Elektrik enerjisinin qiyməti və metroda gedişhaqqı bahalaşacaq?
"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"
Lazanyalı rollı (foto resept)
Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı
Gürcüstan-Tbilisi (2)
Xarı bülbül Qaxa gəlib çıxdı
Xəttiniz xarakterinizdən xəbər verir
Onlar da ayrıldılar
Tuşdan istifadə qaydaları
Pensiyalar artacaq
Sentyabr ayının qalibləri!
Boksçularımız 17 medal qazandılar
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub
Azərbaycanda istirahət günü hava yağıntılı olacaq
Nişan geyimləri və gəlinliklər
Ütüləməyi bacarmır, nə etsin?
Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Sinoptiklərdən Azərbaycan üçün xoş hava müjdəsi
Sevimli uşaq şerləri
Azərbaycanda çörək bahalaşır?