Giriş
Bağla

Tərəvəzli krep (foto-resept)

Mətbəx / Quru yeməklər


Tərkibi:

krep üçün:
1 ədəd yumurta
3 su st süd
2,5 su st un
1 ədəd qabartma tozu

İçlik üçün:
1 paket labne
3 ədəd orta boy kök
4 sap kəvər
zeytun yağı
duz

Hazırlanması:
Kökləri soyub sürtgəcdən keçirin, kəvəri incə-incə dilimləyin.
Tavaya zeytun yağı, kök, kəvər, duz və istədiyiniz ədviyyatları əlavə edib orta dərəcədə 10 dəqiqə qovurun. Sonra soyuması üçün qazın üstündən götürün.
Bütün krep ərzaqlarını dərin qabda qarışdırın. (mikser istifadə etməyi tövsiyə edirəm).
Tavanı duru yağla yağlayın. Krep xəmirindən bir çömçə alıb tavaya tökün. 
Tavaya sallayaraq xəmiri tavaya yayın. İki üzünü də bişirin. Bişirdiyiniz krepləri geniş qabda üst-üstə düzün.
Bişən kreplərin üstün yağ bıçağı ilə pendir çəkin. Sonra tərəvəzli içlikdən qoyun və rulet kimi bükün.



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика