Giriş
Bağla

Həyata keçməyən arzular

MÜNASİBƏTLƏR / Düşüncə dərsi


1. Misal üçün, mən, uşaq vaxtı aşbaz olmaq istəyirdim, lakin həyata keçmədi. (Bill Geyts)

2. Con Rokfeller 100 min dollar qazanıb, 100 yaşına qədər yaşamağı arzulayırdı. Amma 318 milyard dollar qazanıb, 97 yaşında dünyasını dəyişdi.

3. Hətta Roman Abramoviç də, anası kimi, müəllim olmaq istəyirdi ki, əmələ gəlmədi.

4. Roma papası uşaqlıqda rəngsaz olmağı arzulayırdı.

5. Medvedev bildirib ki, 5-ci sinifə qədər müəllim olmaq istəyib, artıq 2-ci snifdən yoxlamaq üçün dəftərləri ona veriblər.

6. "Lukoyl" ASC-nin vitse-prezidenti Leonid Fedun xatırlayır ki, uşaqlıqda arxeoloq olmaq istəyirdi.

7. "Alfa-Bank"ın prezidenti Petr Aven akademik olmaq istəyirdi.

8. İlk olaraq Linkoln dəmirçi olmağı arzulayırdı.

9. Madonna etiraf edib ki, şirniyyat dükanında satıcı işləməyi arzulayıb.

10. "Uşaqlıqda rəssam olmağı arzulayırdım" Viktor Tsoy.

11. Yanukoviç uşaqlıqda kadet olmağı arzulayırdı.

12. Nikolay Drozdov (Sovet və rus zooloq-alimi, biologiya elmləri doktoru): Uşaqlıqda kentavr olmağı arzulayırdım.

13. Sergey Polonskiy (rus memar və arxitektoru, Rusiya Memarlar Assosasiyasının birinci vitse-prezidenti) kosmonavt olmaq arzusu haqqında danışır.

14. Mixail Proxorov (siyasətçi, sahibkar və milyarder) uşaqlıqda doyuncaya qədər yeməyi arzulayırdı.

15. Uşaqlıqda - inanmazsız - memar olmağı arzulayırdım! Donald Tramp (amerikalı biznesmen, radio və televiziyanın məşhur siması, yazıçı)

Tərcümə: Fərid Abdullah


Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика