Giriş
Bağla

Çuğundurun faydaları

SAĞLAMLIQ / Düzgün qidalanma


Çuğundurun tərkibində A, B6, B12, C, E və K vitaminləri var. Potasiumla kimi minerallarla zəngindir. Tərkibindəki bəzi maddələr, ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərin qarşısını alır.


İmmunitet sistemini gücləndirir
Tərkibindəki C vitamini immuniteti gücləndirməyə kömək edir. Bir çox xəstəliyin qarşısını almağa kömək edir.


Təzyiqi nizamlayır
Yüksək təzyiq bir çox xəstəliyin yaranmasına səbəb olur. İfliç, ürək çatışmazlığı kimi xəstəliklərin əsas səbəbi olan yüksək təzyiq ciddi risk sayılır. Çuğundur qan təzyiqini aşağı salma təsirinə malikdir. Çuğundurla təzyiqinizi nizamlaya bilərsiniz.


Həzmi nizamlayır
Çuğundur bağırsağın işini asanlaşdırır. Təbii lif mənbəyi olduğu üçün həzmi asanlaşdırır.


Bədəni toksinlərdən təmizləyir
Çuğundur qanı və qaraciyəri təmizləməyə kömək edir. Eyni zamanda iltihabın qarşısını alır.




Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика