Giriş
Bağla

Kartoflu siqaret böreği (foto-resept)

MƏTBƏX / Quru yeməklər


Tərkibi:
4 ədəd lavaş
duru yağ (qızartmaq üçün)

İçlik üçün:
3 ədəd orta boy kartof
1 ədəd kiçik boy quru soğan
1 şaxə cəfəri
istiot
qırmızı istiot
duz

Hazırlanması:
Soğanları doğrayın, kartofları sürtgəcdən keçirin. Soğanları duru yağla birlikdə tavaya qoyun və çəhrayiləşənə qədər qovurun. Üstünə kartofları əlavə edin. İstiotları və duzu əlavə edərək 2-3 dəqiqə qovurun.
Qazın üstündən götürdüyünüz kartoflara doğradığınız cəfərini əlavə edərək qarışdırın.
İçlik soyuyarkən, lavaşları üst-üstə qoyun və üçbucaq formasında parçalara ayırın.
Lavaşların geniş hissəsinə içlikdən qoyun. Kənarlarını içəri qatlayaraq rulet formasında sarıyın. Lavaşın nazik ucuna su çəkib lavaşı yapışdırın.
Bütün lavaşları sarıdıqdan sonra isti yağda qızardın.
Kağız dəsmalla sarılmış qaba qoyun, biraz gözlədikdən sonra servis edin.



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика