Giriş
Bağla

İdeal insanların həyata baxışı

Həyat tərzi / Mütləq bilməlisiniz


1. Insanlardan asılıb-qalmayın, o zaman sizə aydın olacaq ki, siz onlara lazımsınız, yoxsa yox.

2. Əgər iki insanı eyni anda sevirsənsə, ikincini sev. Əgər sən birincini sevsəydin, ikinciyə vurulmazdın.

3. Başqalarının sənin barədə nə düşündükləri səni narahat etməməlidir.

4. Tez-tez bağışlayan və uzun müddət səbirli olan adamlar adətən gözlənilmədən və həmişəlik çıxıb-gedirlər.

5. Dostların olmaması bəla deyil. Bəla onların saxta və satqın olmasıdır.

6. Öz planların barədə az danış.

7. Heç vaxt xəyanəti bağışlama. İstənilən xəyanət müqayisə aparmaq, yaxşını axtarmaqdır. Kim daha yaxşını axtarırsa, var olana qiymət verməyəcək.

8. İnsan 80% sudan ibarətdir. Əgər insanın həyatda arzu və hədəfləri yoxdursa, o, sadəcə şaquli gölməçədir.

9. Sizinlə birlikdə olmaq istəyən adamları özünüzdən uzaqlaşdırmayın. Ola bilər ki, həyatın ən çətin dönəmində yanınızda qalan yeganə şəxslər onlar olsun.

10. İnsanlardan etdiyinin əvəzini güdmə. Onlarla yaxşı davranırsan deyə, bu o demək deyil ki, onlar da səninlə elə olacaqlar.

Farid Abdullah


Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика