Giriş
Bağla

Vitaminlərin göz sağlamlığına təsiri

SAĞLAMLIQ / Sağlamlıq xəbərləri


Vitamin qəbuluna diqqət
Bədənimizin qidalar vasitəsilə vitamin alması, göz sağlamlığına böyük təsiri olur. İmmunitet sistemini gücləndirmək üçün həkim məsləhəti olmadan atılan dərmanların mənfi təsirləri ola bilər. Göz sağlamlığına təsir edən vitaminlər arasında A, E, C və B2 vitaminləri yer alır. Vitaminlərdən əlavə maqnezium, çinko kimi minerallar, omeqa3 və 6 yaş turşularından da faydalanmaq lazımdır.


Gecə sağlam görmə üçün A vitamini
Heyvan mənşəli qidalarda olan A vitamini, gecə görməni gücləndirir, gözün işıqsız mühitə öyrəşməsinə kömək edir. Gecə korluğuna tutulma riskini azaldır. A vitamini üçün heyvan mənşəli qidalardan əlavə portağal, kök, buğda, cəfəri və yumurta sarısından faydalanın.

B2 vitamini göz yorğunluğunun qarşısını alır

B2 vitamini, metabolizmanın işinə təsir edir. Çatışmazlığı gözlərdə işığa qarşı həssaslığa və yanma hissinə səbəb ola bilər. Bu hal uzun müddət davam etdikdə katarkta tutulma riski daşıyır. Qatıq, pendir, paxla bitkiləri, yaşıl yarpaqlı tərəvəzlər B2 vitamini mənbəyidir.

C vitamini diabet xəstələrinin gözlərini qoruyur
C vitamini göz sağlamlığını qoruyan vitaminləri siyahısında birinci yeri tutur. İşığın və günəş şüalarının zərərli təsirlərindən gözü qoruyur.




Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика